t s

» » Rusiyada peyvənd əleyhdarları həbsxanaya göndəriləcək

Rusiyada peyvənd əleyhdarları həbsxanaya göndəriləcək

25-11-2021, 09:11 Yazar:  Samir Baxılıb: 52 Çap et
Rusiyada peyvənd əleyhdarları həbsxanaya göndəriləcək
Rusiyada Səhiyyə Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Roszdravnadzor”) regional bölmələri peyvənd əleyhinə olan 37 şəxs haqqında məlumatları prokurorluğa və İstintaq Komitəsinə ötürüb.

Vaksinə qarşı olanlar media, sosial şəbəkələr və messencerlərin monitorinqi sayəsində müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 207.1 və 207.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Qeyd edək ki, RF Cinayət Məcəlləsinin 207.1-ci maddəsində vətəndaşların həyatı və təhlükəsizliyinə təhlükə yaradan hallar və ya əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş tədbirlər haqqında bilərəkdən yalan məlumatların etibarlı məlumat adı altında ictimai yayılmasına görə məsuliyyət nəzərdə tutulur. 207.2-ci maddədə isə ağır nəticələrə səbəb olan ictimai əhəmiyyət kəsb edən bilərəkdən yalan məlumatın yayılmasına görə məsuliyyət nəzərdə tutulur.

“Qurum əsasən koronavirus infeksiyasına qarşı peyvəndin təhlükəsi barədə qəsdən yalan məlumatlar yayan tibb işçiləri ilə maraqlanır”, - deyə “Roszdravnadzor”dan bildirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ “Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarlarının hüquqi əsasları yoxdur”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında uzun illər Milli Məclisdə çalışmış
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az