t s

» » İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi

İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi

25-11-2021, 09:00 Yazar:  Samir Baxılıb: 126 Çap et
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında bir amil dayanır ki, o da vətəndaş amilidir. Bu gün tam əminliklə deyə bilərik ki, bu amil Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda birmənalı şəkildə icra olunur. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Mediaxeberleri.Az
-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadə və digər aidiyyatı şəxslərlə birlikdə bir qrup Məzəm kənd sakininin elektrik enerjisi ilə bağlı müraciətlərinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti qayğıdır.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılmasını, mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıqla qarşılayıblar.

İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:18 İcra başçısı düşmənlə sərhəddə yerləşən Bala Cəfərli kəndində sakinlərin qayğıları ilə maraqlanıb Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər, icra edilən çoxsaylı layihələr, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün
16:58 Əhali ilə səyyar görüşlər mövcud problemlərin həllinə müsbət təsir göstərir Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə rayonun qəsəbə və kəndlərində yerli sakinlərlə səyyar görüşləri davam etdirir. Mediaxeberleri.Az xəbər verir ki, növbəti səyyar görüş
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
19:37 Sərhəd kənddə hesabat yığıncağı keçirilib Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov: “Siz çox mərd və dəyərli insanlarsınız. Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”. Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az