t s

» » 11 AYLIQ ŞİRKƏTƏ 79 MİLYONLUQ TENDERİN QARANLIQ ÜZÜ – “Araşdırsaq, hansısa məmura bağlı olduğu üzə çıxar...”

11 AYLIQ ŞİRKƏTƏ 79 MİLYONLUQ TENDERİN QARANLIQ ÜZÜ – “Araşdırsaq, hansısa məmura bağlı olduğu üzə çıxar...”

25-11-2021, 00:03 Yazar:  Samir Baxılıb: 31 Çap et
11 AYLIQ ŞİRKƏTƏ 79 MİLYONLUQ TENDERİN QARANLIQ ÜZÜ – “Araşdırsaq, hansısa məmura bağlı olduğu üzə çıxar...”
Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsi tenderlər vasitəsi ilə həyata keçirilir. Amma bu, qanunda belədir, reallıqda isə tamamilə fərqli mənzərə mövcuddur. Dövlət satınalmalarının əksəriyyəti formal olaraq tender yolu ilə realizə edilir. Bəzən də, dövlətin nəhəng investisiya layihələri tendersiz-filansız bir neçə şirkət arasında bölüşdürülür.

Adətən, tender elan edən dövlət qurumunda rəhbər postlarda əyləşən məmurlar yaxın ətrafında şirkətlər yaradır, daha sonra onlar tenderlərin qalibi seçilir. Bu zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulur. Tez-tələsik yaradılan MMC-lərin qalib olduğu layihələr üzrə iş təcrübəsi, kadr potensialı, maddi-texniki bazasının olub-olmamasına əhəmiyyət verilmir.

Bugünlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi bir tenderlə bağlı da kifayət qədər müəmmalar var. Belə ki, Xidmətin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi “TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə, nə az-nə çox, düz 79 milyon manatlıq (!) müqavilə bağlayıb. Müqavilədə Vahid Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur.

Bildirilir ki, malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat Sistemi tətbiq ediləcək.



İlin-günün bu vaxtında, dövlət büdcəsinin hər manatına Qarabağda ciddi ehtiyac yarandığı bir dövrdə 79 milyonluq tenderin hansı zərurətdən yarandığını bir kənara qoyaq, bəs, belə böyük dövlət vəsaiti etibar olunan “TT Technologies” MMC necə qalib seçilib? Şirkətin bu sahədə iş təcrübəsi, kadr potensialı varmı?

Araşdırma zamanı məlum oldu ki, sözügedən MMC 11 ay əvvəl - 2020-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı əvvəl 300 min manat olub, daha sonra 500 min manata qaldırılıb. Vergi bazasında MMC-nin qanuni təmsilçisinin Ülkər Behbudova olduğu qeyd olunub.

“TT Technologies” MMC-nin intenrnet səhifəsi yoxdur, onun fəaliyyəti haqqında da informasiya əldə etmək mümkün olmadı. Google-də axtarışa verilərkən yalnız şirkətin təsis edildiyi zaman yerli mediada dərc edilən xəbərlərə rast gəlinir. MMC-nin qanuni təmsilçisi Ülkər Behbudova haqqında da internet resurslarında heç bir informasiya yoxdur.

Adının yazılmasını istəməyən maliyyəçi ekspert "AzPolitika.info"ya bildirib ki, 500 min manat nizamnamə kapitalı ilə işə başlayan MMC, çox güman məhz bu tenderi udmaq üçün yaradılıb: "Dövlət qurumu tenderi güvəndiyi, işi bacaran və bazarda nüfuzu olan şirkətə verə bilər. Amma bunun üçün ciddi əsaslar olmalıdır və onlar ictimaiyyətə təqdim olunmalıdır. Burada şirkətin yetərli maliyyə vəsaitinə sahib olması da önəmli məsələdir. Məsələn, mənim şirkətim metropolitenə qatarlar alıb təhvil verməlidir. Ödəniş mal gələndən 30 gün sonra olacaq. Pulum yoxdursa, mən o tenderi udsam da gətirib malı təhvil verə bilməyəcəyəm".

Dövlət Vergi Xidmətinin 79 milyon manatlıq tender əməliyyatının başqa qaranlıq tərəfləri də var. İlk növbədə “TT Technologies” MMC-yə verilən xidmət barədə ictimaiyyətə yetərli informasiyanın verilməməsi diqqət çəkir. Bu barədə ekspertlərə də suallar ünvanladıq, amma cavab ala bilmədik. Mütəxəssislər imzalanmış müqavilədə Vahid Avtomatlaşdırılmış Məlumat Təqib və İzləmə Sisteminin qurulmasının konkret hansı məqsədə xidmət etdiyini deməkdə çətinlik çəkdilər. Sahibkarlardan şəffaflıq, hesabatlılıq, öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi tələb edən dövlət xidmətinin bu davranışı anlaşılan deyil. Vergi ödəyicilərinin ödədiyi pulların belə qeyri-şəffaf şəkildə xərclənməsi indiki zamanda yolverilməzdir.



Daha bir vacib məqam hökumətin işğaldan azad edilmiş bölgələrdə abadlıq-quruculuq işlərini prioritet elan etdiyi dövrdə Dövlət Vergi Xidmətinin mahiyyəti bəlli olmayan bir xidmətə 79 milyonluq xərc çəkməsidir. Məlumdur ki, pandemiya, iqtisadi böhran dövləti kifayət qədər çətin vəziyyətə salıb. Hökumət dövlət investisiyalarının əsas hissəsini bərpa-quruculuq işlərinə yönəldib, nəticədə bir sıra sahələrdə ödənişlər uzun müddət gecikdirilib, yaxud xərclər ixtisar edilib, layihələrin icrası qeyri-müəyyən dövrə qədər təxirə salınıb. Belə bir şəraitdə “TT Technologies” MMC-yə verilən 79 milyon manatla kifayət qədər böyük işlər görmək mümkündür. Məsələn, Zəngilanda, Ağdamda "Ağıllı kənd" layihəsinin bir hissəsini bu vəsaitlə başa çatdırmaq olardı.


İqtisadçı Natiq Cəfərli "AzPolitika.info"-ya açıqlamasında xatırladıb ki, ölkədə dövlət satınalmaları və tenderlər haqqında qanun var: "Dəqiq bilmirəm, 79 milyonluq bu müqavilə açıq müsabiqə, yoxsa tender olub. Qanunda yazılıb ki, tenderdə qalib olan şirkət həmin sahədə ağılabatan təcrübəyə malik olmalıdır. Əvvəllər 3 illik təcrübə qaydası vardı, onu dəyişdilər. "Ağılabatan təcrübə" də elə bu müddəti nəzərdə tutur".

İqtisadçı əlavə edir ki, 5-10 ay ərzində yaradılan şirkətlərin belə böyük tenderlərin qalibi elan edilməsi artıq başqa maraqlardan xəbər verir. "Şirkətin uğur hekayəsi, sübut olunmuş təcrübəsi yoxdursa, onu ciddi araşdırmaq lazımdır. O zaman məlum olacaq ki, bu şirkət hansısa yüksək vəzifəli məmura bağlıdır. Çox təəssüf ki, bu Azərbaycanda geniş yaılmış təcrübədir", - Natiq Cəfərli vurğulayıb.

"AzPolitika.info"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:43 Meyvəçilik və Çayçılıq İnstitutu tenderlərdə saxtakarlığın pik həddinə çatdı - NAZİRİN NƏZƏRİNƏ... Xəbər verildiyi kimi, ötən ayın 14-də Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayon İcra Hakimiyyətlərinə yeni başçıların təyin olunması münasibəti ilə videoformatda qəbul keçirmişdi. Həmin görüş zamanı ölkə başçısı hər iki yeni təyin olunan icra başçısına tapşırıqlardan əlavə bir sıra
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az