t s

» » Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

24-11-2021, 19:31 Yazar:  Samir Baxılıb: 88 Çap et
Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov
Noyabrın 26-da keçiriləcək iclasda həll edilməli olan bir neçə mühüm məsələ var. Bu sözləri Axar.az-a rusiyalı tanınmış politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüş haqda danışarkən deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri və birincisi bütün tərəflərin 10 noyabr 2020-ci il bəyanatı və bu bəyanatın bütün bəndlərinə sadiqliklərini bir daha təsdiqləməsidir:

“Bu məsələ 99 faiz ehtimalla həll olunacaq və qeyd edim ki, bu, olduqca vacib bir məsələdir. Tərəflərin Soçi görüşü zamanı müzakirə olunacaq ikinci sual sərhədlərin demarkasiyası məsələsi, üçüncü sual isə dəhlizlərdir”.

S.Markov bildirib ki, hazırda problem çox olduğundan, sərhədin demarkasiyası və delimitasiyası məsələsinin birdəfəlik həlli mümkün deyil:

“Çox güman ki, görüş zamanı sərhədin delimitasiyası üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar veriləcək. Təəccüblüdür ki, sülh sazişinin imzalanmasından bir ildən çox vaxt keçib, ancaq bu işçi qrupu hələ də yaradılmayıb. Hazırda biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun yaradılacağına dair bütün işarələrin olduğunu müşahidə edirik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
22:22 “BU DƏFƏ ONLARI TAMAMİLƏ DARMADAĞIN EDƏCƏYİK!” - İlham Əliyev Ermənistana xəbərdarlıq etdi + VİDEO (Yenilənib) “Biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”. "Report" xəbər
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az