t s

» » İlhamə Quliyeva xəstəxanaya yerləşdirilir

İlhamə Quliyeva xəstəxanaya yerləşdirilir

1-11-2015, 17:41 Yazar:  Gülnar Baxılıb: 381 Çap et
İlhamə Quliyeva xəstəxanaya yerləşdirilirAzərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhəti pisləşib.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-ə açıqlama verən sənətkar səhhətində yaranan ciddi problemlərə görə tez bir zamanda xəstəxanaya müraciət edəcəyini deyir:

"Vəziyyətim çox pisdir, özümü heç yaxşı hiss etmirəm. Dizimə qədər çiban yaraları çıxıb. Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Probelemlər indi üzə çıxmağa başlayıb", - deyə xalq artisti bildirib.

İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasında yoxlama xarakterli müayinədən keçəcəyini və qan analizi verəcəyini söylədi.
Azərbaycanın görkəmli sənətçisinin bir müddət bundan əvvəl ürək əməliyyatı keçirdikdən sonra damarlarımda problem yaranmışdır. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından əməliyyat olunub.
Mediaxeberleri.az xəbər verir ki, ona psixotrop maddələrin verilməsinə gəldikdə isə, bir neçə gün bundan öncə müğənni İlhamə Quliyeva ANS PRESS-ə bildirib ki, il yarımdır evində işləyən Mehriban Hüseynova zinət əşyalarını, geyimlərini, pulunu oğurlayıb: "Məni zəhərləməyə çalışıb, psixotrop maddələr verərək xəstələndirib” - deyə müğənni vurğulamışdı.
Xalq artisti köməkçisini dələduzluqda da ittiham edib: “O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır.”

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İlhamə Quliyeva - Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az