t s

» » Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır

Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır

24-11-2021, 08:38 Yazar:  Samir Baxılıb: 60 Çap et
Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır
Bağırsaq xəstəlikləri, xüsusən də enterokolit olan insanlar qida rasionundan kələmi istisna etməlidirlər. Bu barədə rusiyalı endokrinoloq və dietoloq Tatyana Boçarova xəbərdarlıq edib.

Onun sözlərinə görə, kələmdəki lif şişkinlik və köpə səbəb olur, həmçinin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Həkim bildirib ki, qaba lif kələmi çətin həzm olunan qidaya çevirir. O bildirib ki, bu tərəvəz xüsusilə mədə-bağırsaq əməliyyatı keçirənlər üçün zərərlidir. Belə insanlarda orqanizm bərpa olunur.

Həmçinin, iki yaşa qədər kiçik uşaqlar üçün kələmdən imtina etmək daha yaxşıdır.

Boçarova kələmin pankreatit üçün də zərərli olduğuna diqqət çəkib. Belə bir xəstəliyi olan insanlar üçün bu tərəvəzi yemək mümkündürsə, onda yalnız qaynadılmış və ya bişmiş (gündə 100 qramdan çox olmamaq şərti ilə) halda istifadəyə icazə verilir.



Bununla belə, miqdarında istifadə olunarsa, xüsusilə də “C” vitamini ilə zəngin olan kələm çox faydalı tərəvəzlərdən biridir. “C” vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır, həmçinin təbii antioksidantdır və orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

Kələmin tərkibindəki nadir “U” vitamini isə selikli qişalarda olan zədələnmələri bərpa edir.

Bundan əlavə bu faydalı tərəvəz “K”, “PP”, “B” qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir.

Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Bu tərəvəz orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Həmçinin yodla zəngindir; Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.



Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.

Bu tərəvəz kosmetologiyada da geniş istifadə olunur. Ondan hazırlanan maskalar üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:21 Kələm turşusunun orqanizmə 12 qeyri-adi faydası – Həkimlər də məsləhət görür Kələmin duzlu suya qoyub qıcqırdılması resepti hələ qədim Çin səddi dövrünə gedib çıxır. Düzdür, indi ruslar beynəlxalq aləmdə kələm turşusunu milli rus neməti kimi təbliğ edirlər, amma dünyada təkcə ruslar yox, Çinlilər, Asiya ölkələri, Koreya da kələm turşusu sevən ölkələrdir. Düzdür, Koreya və
07:55 İnsan orqanizmi üçün 20 ən faydalı qida Sağlam rasion düzgün ərzaqlar üzərində qurulur. Bunlar orqanizmə fayda gətirir, orqanların və sistemin fəaliyyəti üçün zəruri olan maddələrlə təmin edir. Bədən bu maddələrdən zülal, mikroelementlər, vitaminlər, sellüloz alır və artıq kalori və ya xolesterin yükündən əziyyət çəkmir.
07:49 Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydaları Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur. Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium,
00:59 Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydaları Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur. Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az