t s

» » Zəngəzur dəhlizi, sərhəd və... - Paşinyan Əliyevlə görüşdən öncə nə demək istəyir? - TƏHLİL

Zəngəzur dəhlizi, sərhəd və... - Paşinyan Əliyevlə görüşdən öncə nə demək istəyir? - TƏHLİL

24-11-2021, 00:25 Yazar:  Samir Baxılıb: 66 Çap et
Zəngəzur dəhlizi, sərhəd və... - Paşinyan Əliyevlə görüşdən öncə nə demək istəyir? - TƏHLİL
Paşinyanın çıxışında Soçi görüşünə dair bir sıra məqamlar diqqət çəkdi.

Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır:

Nikol təsdiq etdi ki, Soçi görüşünün əsas gündəmindən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. “İmzalana biləcək yeganə sənəd o olacaq ki, Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya üzrə komissiya yaradacaqlar”, - o, bildirdi.

Bunu prosesin başlanğıcı hesab etmək olar və yaradılacaq komissiyası sərhədin delimitasiyasını, daha sonra demarkasiyasını həyata keçirməlidir.

Ən mübahisəli məsələlərdən biri də anklavlarla bağlıdır. Paşinyan anklav məsələsinin hüquqi əsasının olub-olmamasını gündəmə gətirir. Və görünən odur ki, Ermənistan tərəfi komissiyanın yaradılmasına razı olsa da, iddialarından əl çəkmək niyyətində deyil. Soçi görüşünün nəticəsi anklavlar məsələsinin sülh yoxsa, güc yolu ilə həllini də aydınlaşdıracaq.

İkincisi, kommunikasiyanın açılmasıdır:

Sərhədin müəyyənləşməsi ilə bağlı proses başlanırsa, Rusiyanın da marağında olduğu nəqliyyatın blokadadan çıxarılması üzərində irəliləyiş olmalıdır: kommunikasiyanın açılması qrafikinin görüşün gündəmində olduğu istisna deyil;

Hərçənd, Paşinyan Zəngəzur dəhlizindən imtina edir. Bildirir ki, “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”. İrəvan bununla dəhliz yox, nəqliyyat xətti verə biləcəklərini və gömrük postu qurmaq niyyətini açıqlayır. Ən kritik məqamlardan biri də budur, çünki bu, 10 noyabr razılaşmasının 9-cu bəndindən tamamilə imtina edilməsi və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması üzrə yeni razılaşmanın imzalanması zərurətini gündəmə gətirir.

Rusiyanın bunu qəbul edəcəyi ehtimalı azdır: Zəngəzurla dəhlizi ilə bağlı gündəlik dəyişərsə, Bakı Laçın dəhlizində eyni tələblə çıxış edə bilər.

Üçüncüsü, “erməni əsirlər”lə bağlı məsələdir:

Paşinyan “9 noyabr görüşündən” “əsir” məsələsində razılaşmanın olmadığı üçün imtina etdiyini açıqlayır. Bu o sualı önə çıxarır ki, 26 noyabr görüşünə bu məsələdə razılıq olduğu üçün gəlir?

Mümkündür ki, Moskva humanitar məsələdə növbəti nəticəni əldə etmək üçün vasitəçilik etsin. Lakin Bakının bunu qarşılıqsız etməyəcəyi və bu dəfə dəqiq olmayan mina xəritələri ilə dəyişdirməyəcəyi ehtimalı daha güclüdür.

Paşinyanın mətbuat konfransının ümumi məğzi görüş öncəsi erməni ictimai rəyində mövqelərini gücləndirməyə də xidmət edirdi. Amma açıqlamaların motivi Nikolun sərhəd, xüsusilə anklavlar məsələsində və kommunikasiya ilə bağlı problemlər yaratmağa davam edəcəyi fikrini gücləndirir. Və mümkündür ki, “məcburetmə əməliyyatları”na yenidən ehtiyac yaransın.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:35 ZƏNGƏZUR DƏHLİZİ: MİF VƏ REALLIQLAR - Hansı ölkə yeni yoldan daha çox fayda götürəcək? Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən ötən bir il müddətində Zəngəzur dəhlizinin açılması gündəmdə olub. Bu məsələ rəsmi Bakı tərəfindən israrlı şəkildə gündəmə gətirilir və hazırkı proseslər də onun reallaşacağını göstərir. Çünki regionda hərbi-siyasi vəziyyətə ciddi təsir
09:00 Zəngəzur və Laçın dəhlizlərini eyniləşdirmək yolverilməzdir - AÇIQLAMA Politoloq, milli.az saytının baş redaktoru Elçin Alıoğlu Hafta.az-a müsahibəsində ötən həftənin bir sıra mühüm olayları, o cümlədən Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi, Putinlə Makron arasındakı telefon danışığında Qarabağ məsələsi, Zəngəzur dəhlizinin açılması və s. haqda
09:15 “SÜLH MÜQAVİLƏSİ HAQDA DANIŞILMIR, AMMA DANIŞILACAQ!” – “Mehri xəttinin açılması elə Zəngəzur dəhlizinin açılmasıdır” Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası zərurət kimi ortaya çıxsa da, rəsmi İrəvan faktiki olaraq, bundan boyun qaçırır, hansısa şərtlər və bəhanələr irəli sürür, təxribatlara əl atır. Həmçinin, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan elan edir ki,
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az