t s

» » Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

23-11-2021, 22:07 Yazar:  Samir Baxılıb: 110 Çap et
Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
Bu gün Vətən müharibəsində şəhid olan İxtiyar Əliyevin Goranboy rayonunda qırx mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak edib. Mərasim iştirakçıları öncə şəhidin qəbrini ziyarət edib, onun qəbrinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək bütün şəhidlərimiz kimi, İxtiyar Əliyevin xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası İlqar Əliyev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.

Allah şəhidimizə rəhmət eləsin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:59 Qazaxda Vətən müharibəsi şəhidi əsgər İlkin Əliyevin ildönümündə adını əbədiləşdirən bulağın açılışı olub Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında qazandığı tarixi Qələbə, böyük Zəfər bu gün də qürurla qeyd olunur. O Vətən müharibəsi ki, cəmi 44 günə
12:27 Qazaxda Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun ildönümü ərəfəsində adını əbədiləşdirən bulağın açılışı olub 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi
14:10 Qazaxda şəhid həkimin doğum günündə adını əbədiləşdirən bulaq-abidə kompleksinin və barelyefinin açılışı olub 2020-ci ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gündür. O gün ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az