t s

» » Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

23-11-2021, 15:09 Yazar:  Samir Baxılıb: 48 Çap et
Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO
Tanınmış psixoterapevt Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başlayıb.

Həftədə bir dəfə efirə çıxacaq “Kölgə işığı” adlı verilişdə dünyada və ölkəmizdə aktual olan psixoloji məsələlərin həlli yolları araşdırılır.

Mütəxəssislərin iştirakı ilə təqdim olunan layihənin əsas məqsədi gənclərin, yeniyetmələrin mənəvi dünyalarına kölgə salan məqamlara aydınlıq gətirməkdir. Yeni proqramda valideynlər də yeniyetmə və gənc övladları ilə ümumi dil tapmaq, onların daxili aləmini kəşf etmək, eləcə də yardım göstərməklə bağlı suallarına cavab tapacaqlar.

Proqramın aparıcısı Elmir Əkbər layihə barədə danışaraq qeyd edib ki, bu, vətəndaşlar üçün çox faydalı olacaq:

“Düzgün istiqamətini itirən yeniyetmələr, ailə daxilində yaranan təlatümlər, yanlış örnək seçimi hamımızı narahat edir. Bu baxımdan düşünürəm ki, “Kölgə işığı” vətəndaşlar üçün çox faydalı layihədir. Yeniyetmə və gənclər onları narahat edən, şüuraltı problemləri özündə əks etdirən, öz kölgələrində gizlənmiş sualların cavabını aktiv ünsiyyət vasitəsilə tapa biləcəklər”.

Verilişin ssenari müəllifi Gülayə Xəlilova, quruluşçu rejissoru Rəna Yunisli, redaktoru isə Sevinc Mütəllibovadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
18:56 Prezident Qazaxın qadın müavininə nə vaxt yerini göstərəcək? Qazaxda əksəriyyət Gülayə Həsənovadan narazıdır. Vaxtı ilə Qazax ayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Rauf Hüseynovun dövründə bu vəzifəyə təyin olunan Gülayə Həsənovanın rayon əhalisinə şəxsi qərəzçilklə yanaşma prinsipi adi hal alıb. Mediaxeberleri.az-a daxil olan məlumatlara
20:47 Qazaxın icra başçısının müavini kimə arxayındır? Gülayə Həsənova nəyin qarşılığında Bəsti Ələkbərovaya himayədarlıq edir? Bir vaxtlar gül alverilə məşğul olan məmurun qızı vaxtının böyük bir hissəsini xarici ölkələrdə gəzməklə keçirir Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az