t s

» » Kişidən inanılmaz əməl: Arvadını öldürmək üçün evə ilan buraxdı

Kişidən inanılmaz əməl: Arvadını öldürmək üçün evə ilan buraxdı

23-11-2021, 08:03 Yazar:  Samir Baxılıb: 82 Çap et
Kişidən inanılmaz əməl: Arvadını öldürmək üçün evə ilan buraxdı
Hindistanda bir kişinin arvadını öldürmək üçün zəhərli ilan icarəyə götürdüyü məlum olub.

Mediaxeberleri.Az
xəbər verir ki, keçən il vəfat edən Utra adlı 25 yaşlı qadının şübhəli ölümünü araşdıran məhkəmə olayın inanılmaz təfərrüatlarını üzə çıxarıb.

Utra 2020-ci ilin martında evində ilan sancması nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Bu olaydan sağ çıxan bədbəxt qadın iki ay sonra - mayda bu dəfə bir kobranın hücumuna məruz qalıb və bu dəfə həyatını itirib. Məhkəmə ekspertizası qadının ilan zəhərindən öldüyünü təsdiqləyib.

Qızlarının ölümündən şübhələnən ailəsi polisə şikayət edib və hadisə ilə bağlı araşdırma başlayıb. Utranın ailəsi iddia edir ki, qızları cehiz mübahisəsinə görə ərinin ailəsi tərəfindən davamlı olaraq təzyiqlərə məruz qalıb.

Polisin araşdırmasından sonra məhkəmə qadının əri Kumarın ilan ovçusundan iki ilan icarəyə götürdüyü və arvadının üstünə buraxaraq onun ölümünə səbəb olduğuna qərar verib. Kumar hadisədən bir ildən çox müddət sonra qətl ittihamı ilə həbs edilib.

Ölkəni ayağa qaldıran hadisə ilə bağlı iş yekunlaşıb və qatil ər ömürlük həbs cəzası alıb. Həmin şəxsin məhkəmə zamanı verdiyi ifadələr və qətlin səbəbi ilə bağlı dedikləri hər kəsi daha bir şoka salıb.Teleqraf.com

Müəllif: Mənsur Rəğbətoğlu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
10:36 Ləman Ələşrəfqızı: "Üstümüzdən keçən qatar Və yaxud, qız yükü, duz yükü..." Əslində bu mövzu çoxdan beynimi məşğul edirdi. Amma bu gün Bakı metropolitenində baş verən hadisədən sonra necə deyərlər, bu haqda yazmağa əşhədü-ehtiyac duydum Deməli, səhər saatlarında bir Nardaran sakini özünü metroda qatarın altına atıb. 65 yaşlı ixtiyar adamı xilas etmək mümkün olub. Belədə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az