t s

» » Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO

Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO

22-11-2021, 16:50 Yazar:  Samir Baxılıb: 132 Çap et
Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO
İNBA QLOBAL Azərbaycan Federasiyasının və Abu-Life İdman Klubunun təşkilatçılığı ilə ilk dəfə olaraq Qazax şəhəri Mədəniyyət Mərkəzində Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib.


Mediaxeberleri.Az
-ın məlumatına görə, açılış mərasimindən öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, daha sonra dövlət himni səsləndirildi. Açılış mərasimində INBA Qlobal Azərbaycan birliyinin prezidenti beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şixəliyev və Abu-Life idman klubunun prezidenti Elmar Mirzəyev çıxış etdilər.

INBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şixəliyev Mediaxeberleri.Az-a açıqlamasında bildirib ki, bizim əsas məqsədimiz dövlətimizin uğurlu idman və antidopinq siyasətinə dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, idmançılar arasında sağlam rəqabəti təmin etmək, yeniyetmə və gəncləri istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda zorakılığa qarşı mübarizə aparmaqdır. Sonra INBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şixəliyev tərəfindən yarış açıq elan edildi. Çempionatda Respublikanın şəhər və rayonlarından atletlər, müxtəlif kateqoriyalarda mübarizəyə qoşuldular. Fərqlənən atletlərə diplom, medal və kubok təqdim olundu. Sonda Mens Fizik kateqoriyasında mütləq çempiopn müəyyənləşdi.

175 sm-ə qədər Mens Fizik kateqoriyasında iştirak edən RoofF Fitness Mərkəzinin yetirməsi Niyaz Məmmədov mütləq çempion adına laiq görülərək, “Abu-Life Natural Cup” kubokuna sahib oldu.

Mens Fizik kateqoriyasında yeniyetmələr arasında:

Zamanov İbrahim (Abu-Life – Qazax) 1-ci yer,
Nuri Amin (Abu-Life – Qazax) 2-ci yer,
Abbaszadə Əli (Gold Master – Qazax) 3-cü yer

Mens Fizik kateqoriyasında 175 sm-ə qədər

Niyaz Məmmədov (ROOF Fitness - Bakı) 1-ci yer
Eyyubov Kənan ( Abu-Life – Qazax) 2-ci yer
Cəbrayılov Paşa ( ROOF Fitness – Bakı,) 3-cü yer

Mens Fizik kateqoriyasında 175 sm-dən yuxarı

Rəsulov Röyal ( Monster Muscle Club – Gəncə) 1-ci yer
Əliyev Orxan ( ROOF Fitness – Bakı) 2-ci yer
Nəbiyev Qüdrət ( Sinur Fitness - Bakı) 3cü yer

Mens Atletik kateqoriyasında

Mirzəyev Qalib ( ROOF Fitness – Bakı)- 1-ci yer
Sərvan Həsənov ( ROOF Fitness- Bakl)- 2-ci yer
Kənan Eyyubov (ABU-Life -Qazax)- 3-cü yer

Klassik Fizik kateqorisyasında

Həsənov Seərvan ( ROOF Fitness- Bakı)- 1 ci yer
Mirzəyev Qalib ( ROOF Fitness- Bakı)- 2 ci yer
Eyyubov Kənan (ABU-Life -Qazax)- 3-cü yer

Mens Bodibildinq kateqoriyasında

Ələkbərov Mahmud ( Monster GYM – Bakı)- 1-ci yer
Rəcəbov Orxan ( ROOF Fitness – Bakı)- 2-ci yer
Həsənov Sərvan ( ROOF Fitness – Bakı)- 3-cü yer

Ümumilikdə komanda hesabında

ROOF Fitness Bakı komandası 1-ci,
ABU-Life İdman klubu Qazax 2-ci,
Monstr Muscle klub Gəncə 3-cü

Yarışda fərqlənən atletlər gələn ildən etibarən, milli komandanın heyətində beynəlxalq yarəşlarda təmsil olunacaqlar.

Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO
Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO
Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO
Qazaxda Natural Bodibildinq və Fitnes üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az