t s

» » Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb

22-11-2021, 08:57 Yazar:  Samir Baxılıb: 58 Çap et
Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX turun görüşlərini keçiriblər. "Report"un məlumatına görə, kişilərdən ibarət yığma Fransa qarşılaşıb. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

Azərbaycan komandasından Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə istedadlı şahmatçı Alireza Firuzcaya uduzub.

Bu nəticə Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb - 2,5:1,5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub.

Daha əvvəl Azərbaycan komandası 2019-cu ildə Avropa çempionatının bürünc medalçısı olub.

Avropa çempionatı, IX tur
21 noyabr


Kişilər

Fransa - Azərbaycan - 2,5:1,5

Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5

Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5

Jil Mussar - Nicat Abbasov - 0,5:0,5

Qadınlar

Azərbaycan - Niderland - 2,5:1,5

Günay Məmmədzadə - Jaogin Penq - 1:0

Gülnar Məmmədova - Elin Roebers - 0:1

Ülviyyə Fətəliyeva - Maçteld Van Forest - 1:0

Gövhər Beydullayeva - Tea Lançava - 0,5:0,5




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az