t s

» » Əliyev-Paşinyan görüşündən NƏ GÖZLƏYƏK? - Sərhədlər üçün də daha 30 il danışıq?

Əliyev-Paşinyan görüşündən NƏ GÖZLƏYƏK? - Sərhədlər üçün də daha 30 il danışıq?

22-11-2021, 08:13 Yazar:  Samir Baxılıb: 59 Çap et
Əliyev-Paşinyan görüşündən NƏ GÖZLƏYƏK? - Sərhədlər üçün də daha 30 il danışıq?
“Azərbaycan Ermənistan sərhədinin Kəlbəcər və Laçın istiqamətində baş verən toqquşmalardan sonra Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü aktuallaşıb”.

Bunu “Sherg.az”a açıqlamasınd siyasi şərhçi Aqşin Kərimov deyib.

Analitik vurğulayıb ki, məsələyə yenidən qlobal rəqabət müstəvisindən baxmaq zərurəti yaranıb:

“İnsidentlərdən sonra Bakıya ABŞ, beynəlxalq təşkilatlar, Türkiyə və Rusiyadan zənglər olub. Ermənistan da beynəlxalq müstəvidə telefon rabitəsi ilə danışıqlar apardı. Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT sədri Ann Lindenin görüşü baş tutdu. Lavrovun bu görüşdən sonra Rusiyanın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçiriləcəyinə əminliyini ifadə edib. Bu onu göstərir ki, görüşün motivlərinə və müzakirə ediləcək gündəliyə dair beynəlxalq aləmdə fikir ayrılıqları mövcuddur. Yəni görüş dəstəklənsə də, qlobal güclər maraqlarının ifadəsini dilə gətirirlər. Azərbaycanın Ermənistanı növbəti dəfə döyüş meydanında məğlub etməsindən sonra Paşinyan görüşə məcbur edilib. Qlobal tabloda isə maraqların sinxronlaşdırılması prosesi gedir. Görüşdə postmünaqişə dövrü üçün həlledici razılaşmaların əldə olunacağı gözləniləndir. Rəsmi açıqlamaların, üzdə olan informasiyaların təhlili belə deməyə əsas verir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:26 "RUSİYA SEÇKİ GÜNÜ ERMƏNİSTANDA QAN TÖKÜLMƏSİNDƏ MARAQLIDIR" - “Bayden Qarabağ məsələsində Rusiya-Türkiyə uzlaşmasını qəbul edəcək” Elxan Şükürlü: “Ərdoğanın Bayden-Putin görüşünün nəticəsini gözləmədən Azərbaycana səfəri o deməkdir ki, Rusiya və Türkiyə razılaşdırılmış plan üzrə hərəkət edir” Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Qarabağın statusu məsələsindən danışıb. Amma bu dəfə əvvəlkilərdən fərqli olaraq,
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az