t s

» » BDU-da maaşlar artdı

BDU-da maaşlar artdı

24-02-2015, 16:14 Yazar:  Aygün Baxılıb: 719 Çap et
BDU-da maaşlar artdıBakı Dövlət Universiteti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Mediaxeberleri.az-a daxil olan məlumatda bildirilir ki, prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək və BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır. 01 fevral 2014-cü ildən etibarən differensasiya əsasında xüsusi fərqlənən 200-dən çox professor-müəllim heyətinin əmək haqqı artırılıb.

BDU Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib.

Bundan əlavə olaraq, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 01 fevral 2015-ci il tarixindən etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.

Son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:11 Vəzifə istəyən alimlərə yaş həddi qoyulacaq Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən ediləcək. Milli Məclisdən "Trend"ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan “Elm haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, həmin yaş həddi
20:05 İş və istirahət günləri dəyişdi Azərbaycan Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qərar Azərbaycan
17:56 Əmək pensiyaları haqqında qanunlara dəyişiklik ediləcək(Video) Dövlət Sosial Müdafiə Fondu yeni pensiya konsepsiyasının icrası çərçivəsində bu il sosial sığorta və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edəcək. Mediaxeberleri.az xəbər verir ki, anstv-nin məlumatına görə, bu barədə fondun sədri Elman Mehdiyev məlumat verib. Bunun üçün maliyyə, Əmək və
14:36 Mehbalıyevin adamı Sumqayıtı talayır - İDDİA Qəzetimizin ötən saylarında biz dəfələrlə Azərbaycanda fəaliyət göstərən müxtəlif həmkarlar təşkilatlarının qeyri-səmərəli işlərindən və əslində bu qurumların guya ki, təmsil etdikləri sahələrdə çalışan insanların deyil, bilavasitə həmkarlar iyerarxiyasının üst pillələrində duran şəxslərin
15:06 Sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artıb Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az