t s

» » İlham Əliyev Brüsseldə Paşinyanla görüşəcək - VİDEO

İlham Əliyev Brüsseldə Paşinyanla görüşəcək - VİDEO

20-11-2021, 00:51 Yazar:  Samir Baxılıb: 68 Çap et
İlham Əliyev Brüsseldə Paşinyanla görüşəcək - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığından sonra 15 dekabrda Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılıq veriblər.

Bu barədə Avropa İttifaqının açıqlamasında qeyd olunub.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana Brüsseldə Aİ-Şərq tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüş keçirməyi təklif edib. Liderlər regional vəziyyətin və gərginliyin aradan qaldırılması yollarının müzakirəsi üçün Brüsseldə görüş keçirməyə razılaşıblar”, - deyə sənəddə qeyd olunub.

Azərbaycan və Ermənistan liderlərinin həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin yaradılması məsələsinə razılıq verdikləri bildirilir.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:07 Paşinyan Kremli aldadır, Aİ Azərbaycana qərəzli yanaşır - ŞƏRH Ermənistan hökumətinin başçısı Nikol Paşinyan 3 ilə yaxındır Rusiyaya yalan vədlər verir. Bu yaxınlarda hətta, “Rusiya Ermənistanın ən etibarlı strateji müttəfiqidir” deməklə özünü və komandasını Kremlə daha yaxın göstərməyə çalışıb. Paşinyanın seçkidən dərhal sonra Moskvaya çağırılması və orada
14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
15:58 Rusiyadakı diaspor təşkilatlarından Prezidentə MÜRACIƏT Rusiya azərbaycanlılarının regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin 86 rəhbər və təmsilçisi Azərbaycan prezidenti cənab İham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) mətbuat xidmətindən məlumat verilib. Fizuli Məmməd oğlu Məmmədovun
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:20 Ermənilərin Aİ təxribatı: Guya Azərbaycanın ərazi bütövlüyünü tanımır Bir sıra Azərbaycan kütləvi informasiya vasitələrində Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş Xarici işlər nazirlərinin toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayılıb və Azərbaycanın veto hüququndan istifadə etməsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az