t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offda - DÇ-2022

Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offda - DÇ-2022

17-11-2021, 01:40 Yazar:  Samir Baxılıb: 142 Çap et
Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offda - DÇ-2022
Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulub.

10-cu turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçirilib. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. 2:0 hesablı qələbə ilə xallarını sayını 12-ə çatdıran ukraynalılar pley-offa yüksəlib.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda bərabərlik qeydə alınıb. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gəlib. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

G qrupunda 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkib. Qələbə qazanaraq xallarının sayını 23-ə yüksəldən "narıncılar" final mərhələsinə vəsiqə qazanıblar. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşıb. Qardaş ölkə komandası əzmkar qələbə ilə (2:1) pley-offa yüksəlib.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
16 noyabr

D qrupu


23:45. Finlandiya - Fransa - 0:2

Qollar: Kərim Benzema, 66, Kilian Mbappe, 76

23:45. Bosniya və Herseqovina - Ukrayna - 0:2

Qollar: Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79



E qrupu

23:45. Uels - Belçika - 1:1


Qollar: Kiffer Mur, 32 - Kevin De Brüyne, 12

23:45. Çexiya - Estoniya - 2:0

Qollar: Yakub Brabets, 59, Yan Sikora, 85




G qrupu

23:45. Cəbəllütariq - Latviya - 1:3


Qollar: Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75

23:45. Monteneqro - Türkiyə - 1:2

Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

23:45. Niderland - Norveç - 2:0

Qollar: Stiven Berqveyn, 84, Memfis Depay, 90+1


Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:30 DÇ-2022: Belçika, Niderland və Portuqaliyadan qələbə, Rusiya uduzdu Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib. Medıaxeberlerı.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib. A qrupunda Azərbaycan yığması Serbiyanı qəbul edib və 1:2 hesabı ilə uduzub. Portuqaliya isə
09:48 Bu gün daha 6 qrupda 15 oyun keçiriləcək Bu gün keçiriləcək 15 görüşlə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura yekun vurulacaq. Mediaxeberleri.az məlumatına görə, ikinci oyun günündə qarşılaşmalar B, C, D, F, I və J qruplarına təsadüf edəcək. B qrupunda lider İsveç yığması hələ matça çıxmayan
08:30 AVRO-2020-nin təqvimi AVRO-2020-nin qrup mərhələsinin təqvimi dəqiqləşib. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatmada qrupların tərkibi ilə yanaşı, komandaların “nömrələri” bəlli olub. Bu da təqvimin müəyyənləşməsində rol oynayıb. Təkcə çempionat deyil, oyunları Bakı və Romada keçiriləcək A qrupunun ilk görüşü
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az