t s

» » Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

24-02-2015, 15:35 Yazar:  Məmməd Məmmədov Baxılıb: 556 Çap et
Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandıİmtahanda ən yüksək nəticə isə 96 bal olub.

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Mediaxeberleri.az-a verilən məlumata görə, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 2669 nəfər imtahana gəlməmiş, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 96 bal olmuşdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12
10:18 Magistraturaya qəbulun birinci mərhələsi keçirilir Azərbaycanda bu gün ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, imtahanda bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o
00:15 “Bakı Metropoliteni”nin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib. Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.
23:10 Saxta diplomlarla elektron mübarizə aparılacaq TQDK sədri Məleykə Abbaszadə dünən “Abituriyent” jurnalının təqdimatında bildirib ki, tələbə-məzun bazasında indiyədək qeydiyyatdan keçənlərin sayı 2 milyon 500 minə çatıb. Onlardan 23 minə qədəri TQDK-dan kənar aparılan qəbullar vasitəsilə diploma sahib olub. TQDK sədri güman edir ki, 23 min

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az