t s

» » Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

14-11-2021, 15:41 Yazar:  Samir Baxılıb: 129 Çap et
Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Mediaxeberleri.az xəbər verir ki, nekroloqda deyilir:

"Əməkdar memar Rasim Əliyev vəfat edib.

Azərbaycanın tanınmış memarı və rəssamı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, Əməkdar memar Rasim Əliyev 2021-ci il noyabrın 13-də, 87 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildiririk ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Görkəmli memar Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:43 Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı Mədəniyyət Nazirliyi xalq artisti, rejissor, professor Ağakişi Kazımovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. Kult.az xəbər verir ki, nekroloqda qeyd olunur: “Azərbaycan mədəniyyətinə itki üz verib. Görkəmli rejissor, xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
16:38 İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı Prezident İlham Əliyev Xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az