t s

» » Atatürkün vəfatından 83 il ötür

Atatürkün vəfatından 83 il ötür

10-11-2021, 10:31 Yazar:  Samir Baxılıb: 131 Çap et
Atatürkün vəfatından 83 il ötür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 83 il ötür.

O, 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.


Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub.

O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.

Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnikliyə, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.

Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və sekulyar bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.

Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.

1938-ci ildəki vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk, ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi liderdir.

Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.

Hər il Türkiyədə və xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Antıqəbiri ziyarət edirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:30 Icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi - FOTOLAR 2020-ci il 27 sentyabr tarixdən etibarən başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək
14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
11:23 Atatürkün vəfatından 80 il ötür Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az