t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Məktəblərdə şiddətə məruz qalan gənclərimiz - Deputatlar da işə qarışdı

Məktəblərdə şiddətə məruz qalan gənclərimiz - Deputatlar da işə qarışdı

4-11-2021, 10:31 Yazar:  Firuzə Baxılıb: 62 Çap et
Məktəblərdə şiddətə məruz qalan gənclərimiz - Deputatlar da işə qarışdı
Müəllimin şagirdə əl qaldırması hər zaman cəmiyyət tərəfindən qınaqla qarşılanıb. Şagirdə fiziki güc tətbiq edilməsi nə qədər qınanılsa da, müəllim şagirdə əl qaldırmaz deyilsə də demək olar ki, hər il bu hal təkrarlanır.
Bir müddət əvvəl isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib. O, məktəbin 7 "D" sinif şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.
Şagirdə qarşı fiziki güc tətbiq edilməsi, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verilməsi qanunla qadağandır. "Təhsil haqqında" qanuna görə təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır.
"Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır"
Mövzu ilə bağlı Bakupost.az -a millət vəkili Fəzail Ağamalı bildirib ki, o, şagirdə əl qaldıran, onu vuran, xəsarət yetirən müəllimləri şiddətlə qınayır:

“Müəllim heç bir halda şagirdə əl qaldırmalı, təzyiq göstərməli deyil. Gələcəyimiz olan gəncləri döyərək tərbiyələndirmək olmaz. Əgər şagird müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bunun zorakılıqla, təzyiqlə qarşısını almaq olmaz. Müəllim ilk öncə bütün bunların səbəbini öyrənib araşdırmalıdır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalıdır. Valideyni məktəbə çağrılmalıdır. Müəllim, psixoloq və valideyn birləşib üçü birgə vəziyyətdən çıxış yolu tapmalıdırlar”.
F.Ağamalının dediyinə görə, şagirdə təzyiq, şiddət göstərənlərə müəllimlik yaraşmır. Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır.
"Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın"
Millət vəkili Musa Quliyev hesab edir ki, kimliyindən aslı olmayaraq, müəllimin şagirdi döyməsi, zor tətbiq etməsi yolverilməzdir:

“Hazırda dünyanın heç bir yerində şagirdi döymək praktikası mövcüd deyil. Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın. Onu döysün, vursun. Müəllimin şagirdi döyməsi cinayət əməlidir. Bəziləri hesab edir ki, müəllim şagirdi döyməklə ona yaxşı tərbiyyə verir. Bu yalnış düşüncə, səf fikirdir. İnsanı döyməklə tərbiyələndirmək olmaz”.
M. Quliyevin sözlərinə görə, şagirdi döyən hər bir müəllimlər qanun qarşısında cavab verməlidirlər: “Şiddət görən uşaq yaxşı vətəndaş kimi yetişə bilməz. Şiddət, təzyiq altında uşaqlar vətəndaş yox, qul kimi böyüyürlər. Ümid edirəm ki, zaman keçdikcə, yeni dövrün müəllimləri bu metodikanı unudacaqlar”.
"Hansı prizmadan baxsan, buna bəraət qazandırmaq olmur"
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, şiddət və zorakılığın qurbanı olan uşaqlarda hər məsələnin güc yolu ilə həll edilə biləcəyi kimi yanlış bir vərdiş, xarakter formalaşır:

“Elm, təhsil ocağında şagirdə şiddət tətbiq etmək, əl qaldırmaq çox yalnış bir davranışdır. Müəllim şagird üçün bir örnəkdir. Müəllimlər də bunu nəzərə örnək davranış nümayiş etdirməlidirlər. Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Göründüyü kimi, təhsil üçün zəruri məsələ gənclərə dövrün tələbinə uyğun nələrisə öyrətmək, kafi məsələ kimi isə necə öyrətməkdir. Çünki biz savadlı olsaq, hər şeyimiz olacaq, savadsız olsaq hər şeyi əlimizdən alacaqlar. Demək, bizim üçün əsas şərt savadlı olmaqdır. Bu məqsədə çatmaq üçün elmi-pedaqoji metodlardan istifadə edilir. Qulaqburmaq, döymək pedaqoji metod deyil. Hansı prizmadan baxsan müəllimin şagirə fiziki güc tətbiq etməsinə, əl qaldırmasına bəraət qazandırmaq olmur. Uşaqları ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırmaq düzgün addım deyil. Şagird müəllim adına layiq davranış nümayiş etdirən müəllimin tədris etdiyi fəni oxuyur. Həvəslə o müəllimin dərsinə girir, öyrənir və dərsdən də yayınmır. Qulaqburma metoduna, zora da ehtiyac qalmır”.
Ş.Əsgərov müəllimlər çalışıb şagirdlərdə müşahidə olunan bəzi nöqsanlı davranışları düzgün məcraya yönəltməlidirlər:
“Əlbəttə, müəllimdə insandır. Onun da qayğıları, çətinlikləri, problemləri var. Müəllimin də səbrinin bir sonu, tarıma çəkildiyi məqamlar olur. Ancaq unutmaq lazım deyil ki elə peşələr var ki, orada dözümlülük və səbrin alternativi yoxdur. Bu peşələrdən biri də müəllimlikdir. Əbəs yerə deməyiblər ki, müəllimlik şərəfli, müqəddəs, eyni zamanda çətin və məsuliyyətli bir peşədir. Ona görə də müəllimliyi seçən hər bir kəs müəllimliyin tələb etdiyi qaydalara riayət etməlidir”.
"Hər şagird öz yaş dövrünə görə tənbeh edilməlidir"
Tarix müəllimi Mətanət Əliyevanın sözlərinə görə, şagirdə əl qaldırmaq müəllimə yaraşmayan əməldir. Peşəsinə hörmət edən, şagirdlərini sevən müəllim heç zaman bunu etməz:
“Şagird günün bir neçə saatını məktəbdə keçirir, böyük hissəsini isə evdə olur. Uşaq evdə valideynlərindən gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Məktəbin, müəllimin əsas rolu ondan ibarətdir ki, o, uşaqların düzgün təlim-tərbiyəsini təşkil etsin, onları düzgün istiqamətə yönləndirsin. Şagirdin təlim-tərbiyəsində ailənin öz vəzifəsi, məktəbin öz vəzifəsi var. Şagird özünü məktəbdə pis aparırsa, xoş olmayan davranış nümayiş etdirirsə, bunun səbəbini müəyyən etmək üçün ilk növbədə müəllim onunla söhbət aparmalıdır. Daha sonra valideyn məktəbə dəvət edilməlidir. Bu kimi məsələlər ancaq şəgirdlərlə və valideynlərlə söhbət aparılaraq yoluna qoyulmalıdır. Şagirdlərin müəllim tərəfindən tənbeh edilməsi pedaqogikanın bir üsuludur. Hər şagird də öz yaş dövrünə görə tənbeh edilməlidir. Ancaq şagirdə şiddət göstərmək, ona əl qaldırmaq pedaqoqika üsulu deyil”.
"Bu müəllimin ciddi psixoloji probleminin olmasından xəbər verir"
Psixoloq Vəfa Əkbər in sözlərinə görə, çox təssüflər olsun ki, şiddət göstərmək, döymək, vurmaq uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən “metodlardan” biridir:

“Təəssüf ki, bu gün bir çox müəllimlər bu tip "tərbiyə” üsulundan istifadə edir. Bu da uşaqların zəif xarakterli, iradəcə gücsüz biri kimi yetişməsinə gətirib çıxarır. Şiddət görən uşaqlarda özgüvən hissi zəif olur. Belə uşaqlar aqressiv olur, təhsilə, həmin fənnə onda nifrət yaranır, onlara qadağan olunan çərçivələri sındırmağa çalışırlar. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, kinli, qəzəbli, hirsli olur. Döyülmək uşaqda döyənlərə qarşı aqressiya formalaşdırır. Müəllimin şagirdə şiddət tətbiq etməsi onun ciddi psixoloji probleminin olmasından xəbər verir. İşgəncə və fiziki zorakılıq həmin insanın nə qədər qeyri-peşəkar və özüylə bacarmadığını göstərir”.
Valideyn Natiq Babayev isə deyib ki, şagirdi döymək yox, başa salmaq, tərbiyə etmək lazımdır. Uşaq başadüşməyəndə isə valideyni məktəbə dəvət olunmalıdır: “Şagirdə şiddət tətbiq edən müəllimlər özlərinə adətən belə bəraət qazandırırlar ki, uşaq nadincdir, dərsi pozur, sinifdə özünü apara bilmir, sözəbaxmır, cavab qaytarır və müəllim də məcbur qalıb ona əl qaldırır. Fikrimcə, bu arqumentlər də müəllimin şagirdə əl qaldırmasına əsas verə bilməz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az