t s

» » Azərbaycan şairi Moskvada nüfuzlu “Rusiyanın qızıl qələmi” mükafatına layiq görülüb

Azərbaycan şairi Moskvada nüfuzlu “Rusiyanın qızıl qələmi” mükafatına layiq görülüb

2-11-2021, 00:45 Yazar:  Samir Baxılıb: 170 Çap et
Azərbaycan şairi Moskvada nüfuzlu “Rusiyanın qızıl qələmi” mükafatına layiq görülüb
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında yer alan, rus yazıçısı Lev Tolstoyun “Müharibə və Sülh” romanını qələmə aldığı Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən əfsanəvi Rostovlar Evində “Rusiyanın qızıl qələmi” XVII Beynəlxalq Müsabiqəsinin Milli Ədəbi Mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.

“Vətənxəbər”in məlumatına görə, tədbir Rusiya Yazıçılar Birliyi və Çap Məhsulları Yayımcıları Assosiasiyasının dəstəyi ilə Ədəbi İcmalar Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə mədəniyyət və elm xadimləri, ictimai təşkilatlar, Rusiya, Özbəkistan, Almaniya, Fransa, Tacikistan, Suriya və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onların arasında “Heyvanlar aləmində” verilişinin məşhur teleaparıcısı, ictimai xadim, səyyah və alim-zooloq, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin professoru Nikolay Drozdov da olub.

Məlumat üçün bildirək ki, “Rusiyanın Qızıl Qələmi" Milli Ədəbi Mükafatı müsabiqəsinin təsisçisi Aleksandr Buxarov, münsiflər heyətinin sədri Ədəbi Cəmiyyətlər Birliyinin prezidenti Svetlana Savitskayadır.

2021-ci il yanvarın 1-dən sentyabrın 15-dək münsiflər heyəti 35 ölkədən olan yazıçıların 10 mindən çox əsəri ilə tanış olub. Sevindirici haldır ki, Azərbaycan şairi Sahib Məmmədov “Rusiyanın Qızıl Qələmi” Milli Ədəbi Mükafatının Beynəlxalq Müsabiqəsinin sahibi olub. O, “Pozitiv düşüncə məsəli” əsərinin yüksək bədii məharətinə görə qızıl döş nişanı və “Rusiyanın Qızıl Qələmi” adına layiq görülüb.

"Azərbaycan poeziyası bu gün özünü zənginləşdirib. Belə bir mötəbər ədəbi mükafatın adına sahib olmaq mənim üçün böyük şərəfdir. Təsisçilərə, təşkilatçılara və münsiflər heyətinin üzvlərinə təşəkkür edirəm. Bütün mükafatçıları, laureatları və diplom sahiblərini təbrik edirəm. Rostov Evində belə səmimi qəbula və bənzərsiz ab-havaya görə xüsusi təşəkkür edirəm. Belə günlər həmişəlik xatırlanır", - deyə Sahib Məmmədov bildirib.

35 yaşlı Sahib Məmmədov Rusiyada, Belarusiyada, Ukraynada və digər ölkələrdə keçirilən beynəlxalq poeziya müsabiqələrinin laureatıdır. O, Nəsimi Festivalının ikiqat diplom laureatı (2018, 2019), LiFFt 2019 Beynəlxalq Ədəbiyyat Festivalının “Gənc Səs” nominasiyası üzrə qalibidir. Şair Azərbaycan, Rusiya, Şimali Amerika və Beynəlxalq Yazıçılar Birliyinin üzvü, Avrasiya Yaradıcılıq Gildiyasının (London) səfiridir.

Qeyd edək ki, bu il Azərbaycan yazıçıları da laureat diplomları ilə təltif olunublar: “Gənclərin tərbiyəçisi” nominasiyası üzrə Səriyyə Məmmədova, Rusiya və Azərbaycan mədəniyyətlərinin yaxınlaşmasında şəxsi xidmətlərinə görə; "Nəsr" nominasiyası üzrə Aleksandr Hakimov - əsərlərin humanistliyinə və mənəviyyatına görə, “Hərbi-vətənpərvərlik mövzusu” nominasiyası üzrə Aqşin Əliyev - “Taxmira (Tomiris) – Massagetlərin kraliçası” əsərinə görə.

Həmçinin Səriyyə Məmmədova 2018-ci ildə “Rusiyanın qızıl qələmi” Milli Ədəbi Mükafatının Beynəlxalq Müsabiqəsinin sahibi olub, qızıl döş nişanı və “Rusiyanın Qızıl Qələmi” adına layiq görülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:20 “Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam” - Əflatun Amaşov ilə müsahibə AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ: “MEDİANIN MARAQLARI HANSISA FORMADA DÖVLƏTİN MARAQLARI İLƏ UZLAŞMALIDIR” Tutduğu vəzifə, o vəzifənin verdiyi status, illər keçdikcə, müxtəlif formalarda adamın xarakterinə, davranışına da təsir göstərir - kiminə az, kiminə çox olsa da, mütləq göstərir. Az-az
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az