t s

» » Azər Əsgərovdan AXCP sədrinə yeni ittihamlar

Azər Əsgərovdan AXCP sədrinə yeni ittihamlar

24-02-2015, 09:20 Yazar:  Aygün Baxılıb: 598 Çap et
Azər Əsgərovdan AXCP sədrinə yeni ittihamlarMülk sahibi Avropa Məhkəməsinə qədər getmək fikrindədir: “Əli Kərimli xarici ölkə səfirliklərindən 500 min manat pul alıb”
Bir həftədən sonra AXCP-nin qərargahının sökülməsindən bir il ötür. Keçən müddət ərzində mülkün sahibi Azər Əsgərova kompensasiya ödənilməyib. Qərargahdan götürülən avadanlıqlar da ona qaytarılmır. Azər Əsgərov Avropa Məhkəməsinə qədər getmək fikrindədir. İş artıq Apelyasiya Məhkəməsindədir.

Bu barədə “Yeni Müsavat”a mülk sahibinin özü məlumat verdi: “İşlərim əvvəlki vəziyyətdədir. Heç nə dəyişməyib. Mülkümlə bağlı kompensasiya tələb edirəm. Bu işi bitirəndən sonra mülkümü verdiyim AXCP ilə də mübarizəmi hüququ müstəvidə aparacam. Bu barədə açığı düşünməmişəm. Amma etdiklərinə görə yəqin ki, bu barədə də yekun qərarımı verəcəm. İlk məhkəmə tələbim qəbul edilmədi. Hazırda Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Burada da alınmasa, Ali Məhkəmə, ardınca Avropa Məhkəməsinə gedəcəm. Gördüyünüz kimi, meydanda tək qalmışam. Onların mülkümün dağıdılmasında əlləri var”.

Azər Əsgərov AXCP sədrini ittiham etdi: “ Mülkümün hesabına pul alıb, sakit dayandılar. Əgər onların əli olmasaydı, indi Əli Kərimli bütün cəbhəçiləri ora yığmışdı, mitinqlər keçirir, dünyaya car çəkirdi. İndi hardasan Əli Kərimli? Mülküm dağılıb. Bunu Allah götürməz. Şəxsi mülkümün hesabına Əli Kərimli pul qazanıb. AXCP-yə etibar edib, mülkümü onlara verdim. Lakin onlar da mülküm hesabına pul qazandılar. Eşitdiyimə görə, Əli Kərimli xarici ölkə səfirlikləri ilə görüşərək, bu işlə bağlı onlardan 500 min manat pul alıb. Guya ki, AXCP-nin qərargahı dağıdılıb. Bunu AXCP-nin daxilindən mənə dedilər. Bu partiyanın üzvlərinin mənə yazdıqları mesajları hər kəsə göstərəcəm”.

Mülk sahibi hazırda kirayədə yaşadığını da qeyd etdi: “İşimi bitirməmiş, Türkiyəyə qayıtmaram. Deyirlər ki, vəkilin işi idarə edəcək. Amma getmək istəmirəm. Əli Kərimli haqqında nələr edəcəyimi çox yaxşı bilirəm. Konkret addımlar atacam. Deyir ki, böyük partiyayam. Əgər belədirsə, niyə qərargahını qorumadı? Ondan kompensasiya tələb etməyə hüququm yoxdur. Çünki qanunla bu belədir. Mülkümü hökumət söküb. Amma başqa istiqamətlərdə Əli Kərimlidən haqqımı tələb edəcəm”.

Xatırladaq ki, uzun illərdir Türkiyədə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Əsgərov mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra binada partlayış baş verdi və bunun ardınca həmin mülk söküldü. Mülkiyyətinin sökülməsi ilə bağlı Türkiyədən Bakıya gələn Əsgərov uzun müddətdir ona dəyən ziyanın ödənilməsini tələb edir.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Cavanşir ABBASLI




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:33 Dövlət adı altında talançılıq - (Araşdırma) ...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı. Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin
22:14 Əli Kərimlinin gizli tapşırığı (VİDEO) AXCP-nin sədr müavini R.Nurullayev ANS-ə eksklüziv müsahibə verdi Azərbaycan Xalq Cəbhəsi Partiyasında qalmaqal yaşanır. Səbəbsə partiyanın sədr müavini Razi Nurullayevin bəyənat verərək partiyadan və tutduğu postdan istefa etməsidir. Bununla bağlı bir çox məlumatlar yayılır. Məsələyə aydınlıq
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini
01:18 Razi Nurullayev: “AXCP-də diktatura hökm sürür, Əli Kərimli avtoritar düşüncəyə malikdir” - YENİLƏNİB Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. Bu barədə o, özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O, buna təəssüfləndiyini qeyd edib. R. Nurullayev istefasına
18:08 Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu Bu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az