t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » ALPİNİST OĞRU BAKIDA EVLƏRİ NECƏ SOYUB? – General oğlunun evini yarandan sonra tutulub... + FOTOLAR/ VİDEO

ALPİNİST OĞRU BAKIDA EVLƏRİ NECƏ SOYUB? – General oğlunun evini yarandan sonra tutulub... + FOTOLAR/ VİDEO

30-10-2021, 00:18 Yazar:  Samir Baxılıb: 76 Çap et
ALPİNİST OĞRU BAKIDA EVLƏRİ NECƏ SOYUB? – General oğlunun evini yarandan sonra tutulub... + FOTOLAR/ VİDEO
Alpinist bacarıqlarından istifadə edərək Bakıda, əsasən, yeni tikilmiş çoxmərtəbəli binalardan oğurluqda suçlanan Cavid Süleymanov məhkəmə qarşısına çıxarılıb. Amma o, xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması və s. haqda danışmaq istəməyib. Deyir ki, iki həftə öncə saxlandığı istintaq təcridxanasında çarpayıdan yıxılıb. Bu səbəbdən baş verənlər yadında qalmayıb.

Psixi xəstəlikdən əziyyət çəksə də...

Elə vəkili də onun psixi xəstə olduğunu deyir. Oktyabrın 28-də məhkəmədə Süleymanovun psixiatrik ekspertizadan keçirilməsi haqda vəsatət qaldıran vəkilin sözlərinə görə, o, istintaq təcridxanasında özünə xəsarət yetirməyə meylli şəxs kimi nəzarətə götürülüb. Çünki bir müddət öncə özünə xəsarət yetirib.


Vəkil bildirib ki, müvəkkili istintaq dövründə psixiatrik ekspertizadan keçirilib. Ekspert rəy verib ki, Süleymanov psixi xəstəlikdən əziyyət çəksə də, hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edəcək durumda olub: "Cavid Süleymanov psixi xəstəliyi ilə əlaqədar dəfələrlə müalicə alıb. Sonuncu dəfə 2020-ci ildə də xroniki psixi xəstəliyə görə Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya yerləşdirilib, orada müalicə alıb. Belə xəstələr ağlagəlməz təhlükəli hərəkətlərə meylli olur. Biz onunla bağlı ekspertizanın rəyini natamam hesab edirik, təkrar ekspertiza təyin olunmasını istəyirik".

Məhkəmə bu vəsatəti hələlik baxılmamış saxlayıb. Çünki əvvəlki rəy tədqiq olunmayıb.



"30 min manat verib"

Süleymanovla əlbirlikdə suçlanan Əhməd Əhmədov isə deyib ki, oğurluq hadisələrində taksi rolunda iştirak edib, özünü yalnız buna görə təqsirli bilir. Onun sözlərinə görə, Süleymanov hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu ona deyir, o da aparıb-gətirib. Amma həmişə eyni avtomobildən istifadə etməyiblər. Məsələn, oğurluq olan ünvana bir avtomobillə aparıbsa, başqa avtomobillə gətirib.

"Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Ümumilikdə 30 min manata yaxın pul verib. Cavidi 2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, "Moskva" Univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən...", – Əhmədov ifadəsində belə deyib. O əlavə edib ki, öncə razılaşmayıb, bir ilə yaxın düşünüb. Lakin pula ehtiyacı olduğuna görə sonradan razılıq verib.



Generalın oğlundan sonra...

Bu cinayət işində zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev...


Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5 min manat ziyan dəyib.

Zərərçəkmişlərdən Ağaşirin Əkbərov baş verənlər haqda məhkəmədə bunları deyib: "Rayona getmişdik, qar yağdı deyə, qayıdası olmadıq. Adətən, pulu özümlə götürərdim. Bu dəfə fikirləşdim ki, yoldur, hadisə olar, evdə qalsa, yaxşıdır. Elə bil, bunlar üçün qoyub getmişdim..."

Məhkəmə araşdırmaları davam edir.



Qızılları əridib yeni əşyalar düzəldib

Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq, kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub. "Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib yeni əşyalar düzəldərək satıb", – ittihamda belə yazılıb.

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. (azadliq.org)





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az