t s

» » Savaşın 31-ci günü: Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ

Savaşın 31-ci günü: Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ

27-10-2021, 10:09 Yazar:  Samir Baxılıb: 293 Çap et
Savaşın 31-ci günü: Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ
Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

27 oktyabr 2020-ci il. Müharibənin 31-ci günü...

Saat - 07:48 - Düşmən darmadağın edildi, qərargah rəisi öldürüldü

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam etdi. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturduldu. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edildi. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var idi.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Saat - 09:17 - Ermənilər Talış və Suqovuşanda "Euronews"un çəkiliş qrupunu atəşə tutdu

Saat - 12:53 - Tərtər şəhəri və rayonun kəndləri atəşə tutuldu

Saat - 17:57 - Kənardan kömək olmasa, Ermənistan bircə gün də dayana bilməzdi - Prezident



Saat - 15:12 - Ordumuzdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə BÖYÜK ZƏRBƏ

Ötən ilin bu günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildi, 4 nəfər itkin düşdü, digər 243 nəfər isə yaralandı.

Saat - 16:07 - Hikmət Hacıyev Əl-Cəzirə kanalına müsahibə verdi

Saat - 17:37 - Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib". Ötən ilin bu günü bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazdı: "Bu dəhşətli hücum nəticəsində üç mülki şəxs həlak olub və on dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır".

Saat - 17:35 - Goranboy, Tərtər və Bərdə atəşə tutuldu

Saat - 19:12 - Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 ev dağıldı, 4 nəfər həlak oldu

Ötən ilin bu günü Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq bildirdi ki, həmin gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəydi. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edildi. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət aldı, 4 nəfər həlak oldu.

Saat - 19:24 - XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı MƏLUMAT YAYDI

Saat - 19:30 - Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirildi

Saat - 19:41 - Hikmət Hacıyev: "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"



Saat - 23:49 - Mehriban Əliyevadan erməni terroru ilə bağlı paylaşım




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:51 Prezident erməniləri qorxuya saldı: yüzlərlə tank, minlərlə düşmən əsgəri məhv edildi - VİDEO 2020-ci il noyabrın 10-da Azərbaycan 30 ildir dəyişdirilməsinə imkan verilməyən məğlubiyyət pasportunu Ermənistana əbədi təhvil verdi. Buna qədər tarixin dərinliklərindən süzülüb gələn tolerant, çoxmillətli Odlar Yurdu 44 günlük ildırımsürətli yol qət etdi. Nəbzi dəmir yumruğunda döyünən bu
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az