t s

» » Çingiz Mustafayev gündəm yaratdı: Oğlanların çoxu tanışlıq sonrası...

Çingiz Mustafayev gündəm yaratdı: Oğlanların çoxu tanışlıq sonrası...

26-10-2021, 19:50 Yazar:  Samir Baxılıb: 195 Çap et
Çingiz Mustafayev gündəm yaratdı: Oğlanların çoxu tanışlıq sonrası...
Hər zaman deyirəm ki, sevən zaman gözləntiniz minimum olmalıdır. Çox uzağa getmədən, öz anamızı nümunə gətirək. Siz ananızı sevməsəniz belə, o, hər zaman sizi təmannasız sevməyə davam edəcək. Mənim üçün əsl sevgi anlayışı təmənnasız sevgidir. Qalan hər şey eqodur.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev İnstaqramda paylaşdığı videoda deyib. Qadın və kişi münasibətlərini şərh edən musiqiçi qeyd edib ki, insanların çoxu şəxsi münasibətlərində əksər hallarda xoşagəlməz sözlərlə və davalarla çirkinliklər yaradır:

“Əgər sadəcə flört ediriksə, zaman keçiririksə, bunu gözəl etmək lazımdır. Mən fikir vermişəm, əfsuslar olsun ki, oğlanların çoxu tanışlıq sonrası həmən yataq, intim münasibət haqqında fikirləşirlər. Halbuki bütün maraq, gözəllik yolun özündədir, tanıyıb kəşf etməkdədir. Hər hansı bir həyəcanverici görüş, bir-biri ilə açıq olmaq, dürüst olmaq çox vacibdir. Məsələn, restorana doymaq üçün yox, yeməkdən zövq almaq üçün getmək lazımdır”.

Çingiz Mustafayev şəxsi təcrübəsini də bölüşüb:

“Mən də hər kəs kimi sevmişəm, sevilmişəm. Çox şükür, bunu ən gözəl şəkildə yaşamışam. Təbii, geriyə qayıtmaq şansım olsaydı, hər şeyi başqa cür edərdim, amma bu, mənim üçün dərs idi. Münasibətlərdə cütlüklərin 90 faizində problem olub. Bu, özünü sevməmək və sevgi dilənməklə bağlıdır. Əsl sevgi var, bu isə iki özünü sevən insanlar bir araya gələndə olur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:06 "Xanımlara deyirəm ki, ərinizi qadınla tutsanız, şükür edin" - Psixoloq Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn psixoloq Samirə Bağırova Sfera.az-ın suallarını cavablandırıb. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az