t s

» » Oliqarxların ət savaşı - özəl xəbər

Oliqarxların ət savaşı - özəl xəbər

24-02-2015, 09:05 Yazar:  Aygün Baxılıb: 515 Çap et
Oliqarxların ət savaşı - özəl xəbərBroyler toyuqlardan bəhs edən videonun gizlinləri üzə çıxdı; Son vaxtlar sosial şəbəkələrdə yayılan, sonradan peşəkar mediaya ayaq açan “zərərli toyuqlar videosu” barədə maraqlı məlumatlar; bunun arxasında qırmızı ət bazarına nəzarət edən monopolistlərin, gömrük boslarının dayandığı barədə iddialar var

2015-ci ilin yanvar ayında Azərbaycana ət idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, yanvar ayında ölkəmizə 1 milyon 967 min dollarlıq ət idxal olunub. Bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 4,2 dəfə və ya 1,5 milyon dollar çoxdur. 2014-cü ilin yanvar ayında ölkəmizə 468.94 min dollarlıq ət idxal olunmuşdu.

Azərbaycana 2011-ci ilin yanvarında 1,291 milyon dollarlıq, 2012-ci ilin yanvarında 2,084 milyon dollarlıq, 2013-cü ilin yanvarında isə 920 min dollarlıq ət idxal olunmuşdu.
Yanvar ayında Azərbaycana kərə yağı idxalı 3 dəfəyə yaxın artıb. Əgər 2014-cü ilin yanvarında ölkəmizə 898,37 min dollarlıq kərə yağı idxal olunmuşdusa, bu ilin yanvarında idxalın həcmi 2 milyon 6560 min dollar təşkil etmişdir.

***
Bu rəsmi məlumatı yazının girişinə verməyimiz təsadüf deyil. Qırmızı ətin idxalının artmasının arxasında oliqarxların mövqe və informasiya savaşının dayandığı haqda məlumat əldə etmişik.



Etibarlılığına şübhə etmədiyimiz mənbənin iddiasına görə, son aylar davamlı olaraq broyler sənayesinin ictimai rəydə qınaq obyektinə çevrilməsi boşuna deyilmiş. Mənbə bildirir ki, broyler toyuqlarının zərərindən bəhs edən videonun sosial şəbəkələrdə yayılmasının, sonradan video-materialın peşəkar mediaya da ayaq açması qırmızı ət monopolistlərinin oyunudur. Xatırladaq ki, broyler toyuqlarının zərərləri haqda məlum video xeyli müddətdir ki, youtube, facebook və digər sosial şəbəkələrdə dolaşırdı. Son vaxtlar həmin videolar mətbuatın da diqqətini cəlb etdi. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən əksər qəzet və saytlar, hətta telekanallar broyler toyuqlarının zərəri haqda geniş materiallar verməyə başladı. Bu materiallarda həkim rəyi ən başda gəlir. Doktorlar bildirirlər ki, broyler toyuqları xərçəng yaradır, ağır xəstəliklərə səbəb olur və s. Bu informasiya məlum videonun müşayiəti ilə ictimai şüura yeridildikdən sonra broyler toyuqlarından kütləvi imtina baş verib. Nəticədə bazarda qırmızı ət önə keçib.



Mənbəmiz bildirir ki, qırmızı ət monopolistləri vergi, gömrük və digər inzibati resurslardan yararlanmaqla onsuz da broyler təsərrüfatına ciddi problemlər yaradırlar, bir yandan da bu cür videolar bu sahəni az qala çökdürsün. “Bir vaxtlar quş qripi kampaniyası broyler təsərrüfatına ciddi zərbələr vurdu, indi də toyuqların zərəri, onların iynə ilə şişirdilib satışa çıxarılmasından bəhs edən video-materiallarla bu sahəni birdəfəlik sıradan çıxarmağa çalışırlar” - deyə mənbə deyir. Onun sözlərinə görə, videoda bir qadın danışır ki, baxın, bir toyuğa 400 qram maye vurulur: “Hansı sahibkar özünün anti-reklamı ilə məşğul olar? Niyə kimsə öz təsərrüfatında gizli prosesi çəkib xalqa göstərsin. Bu, açıq-aşkar təxribatdır və ortada rəqib sahənin adamlarının maraqlarının dayanması şübhə doğurmur”.



Ekspertlər bildirir ki, bazardan toyuq ətinin sıxışdırılması, qara PR-la broyler təsərrüfatının vurulması Azərbaycanda ət və ət məhsullarının sürətlə bahalaşmasına səbəb olacaq.
“Onsuz da son proseslər, yəni manatın dəyərdən düşməsi Azərbaycanda qiymət artımına səbəb olacaq. Yaxın günlərdə elə bir sahə olmayacaq ki, orda qiymət artmasın. Zatən son 3 gündə xeyli məhsulun satış qiymətində kəskin artım müşahidə olunur. Bu, ətin qiymətindən də yan keçməyəcək. Bir yandan da monopolistlər əllərində olan resurslardan istifadə edərək öz rəqiblərini süni şəkildə bazardan sıxışdırıb çıxarırlar. Bunun da nəticəsində qırmızı ət kəskin şəkildə bahalaşacaq. Bunun da ziyanı heç şübhəsiz sıravi insanlara dəyəcək” - deyə iqtisadçı ekspert Qadir İbrahimli mövzunu “Yenİ Müsavat”a şərh edərkən bildirib. Q.İbrahimlinin sözlərinə görə, mətbuat bu cür qara PR kampaniyalarına diqqətli olmalı, yayılmış bu cür video materialların hansı məqsədlə ictimailəşdirilməsini saf-çürük edəndən sonra bunu tirajlamalıdır: “Guya qırmızı ət sənayesi yaxşı vəziyyətdədir ki? Xaricdən mənşəyi bəlli olmayan ət gərirlər, bilinmir nə ətidir. Bunu da restoranlara, dönərxanalara, digər iaşə obyektlərinə, hərbi hissələrə satırlar. Bilmirik nə yeyirik, hansı heyvanın ətini bizə təklif edirlər. Broyler də olsa ən azından bilirik ki, toyuq ətidi, amma qırmızı əti ayırd etmək çətindi, bəlkə də oliqarxlar bizə mal əti adı ilə eşşək əti yedirir, kim bilir...”

Q.İbrahimli deyib ki, broyler şirkətlərini müdafiə etmək fikri yoxdur: “Bu sahədə də çatışmazlıq var. Bu da qanunla, müəyyən qaydalarla tənzimlənməlidir. Daha monopolistlərin öz bizneslərini çiçəkləndirmələri üçün qara texnologiyalardan istifadə etmələri yolverilməzdir. Rəqabət mühiti yaradılmalı, kim davam gətirə bilirsə bazarda o qalmalıdır. Süni vasitələr sonda xalqın cibinə və canına ziyan vurur”.

Mövzuya qayıdacağıq.

Aslan Araz




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:03 Azərbaycan elektrik enerjisinin ixracını iki dəfə artırıb Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. 2015-cü ilin yanvarında Azərbaycan gömrük bəyannamələri üzrə 17,52 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 9,6 milyon kilovat-saat olub. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Dövlət
00:50 Toyuqların videosu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi Son vaxtlar Azərbaycanda quşçuluq təsərrüfatları inkişafdadır. Dövlətin yaxından dəstəyi ilə yerli sahibkarların istifadəyə verdiyi broyler sexləri əhalinin quş ətinə olan tələbatını ödəməkdədir. Amma son günlər sosial şəbəkələr və yerli televiziya kanallarında quş ətinin şişirdilməsini əks etdirən
18:12 Azərbaycan xaricdən 14 milyon dollarlıq dərman alıb DGK məlumat yaydı. Azərbaycana idxal olunan əczaçılıq məhsullarının həcmi artıb. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, 2015-ci ilin yanvar ayının göstəricilərinə görə, Azərbaycan bir ayda 14 milyon 635,85 min dollarlıq əczaçılıq məhsulları alıb. Bu
17:34 Toyuqların şişirdilməsi ilə bağlı şok iddia: QURAMADIR - Hər şey broylerin hədəfə alınmasına hesablanıb «Vergilər nazirliyi broyler şirkətlərinə hücuma keçib». Bu şok məlumatı DİA.AZ-a verən mənbə iddia edir ki, əslində bir neçə gün əvvəl mətbuatda broyler toyuqlarnın şişirdilməsi ilə bağlı təqdim olunan videomateriallar da qabaqcadan təşkil olunubmuş. Müəyyən qədər tərəddüd yaradan bir iddia olsa
17:14 Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb DGK məlumat yaydı. Azərbaycan 2015-ci ilin ilk bir ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az