t s

» » İRAN ERMƏNİSTANA DƏSTƏK VERMƏSİNİN SƏBƏBİNİ BELƏ AÇIQLAYIB... - “Hizbullah”ın qurucusundan sensasion açıqlama

İRAN ERMƏNİSTANA DƏSTƏK VERMƏSİNİN SƏBƏBİNİ BELƏ AÇIQLAYIB... - “Hizbullah”ın qurucusundan sensasion açıqlama

25-10-2021, 22:13 Yazar:  Samir Baxılıb: 344 Çap et
İRAN ERMƏNİSTANA DƏSTƏK VERMƏSİNİN SƏBƏBİNİ BELƏ AÇIQLAYIB... - “Hizbullah”ın qurucusundan sensasion açıqlama
Livandakı “Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar verib. virtualaz.org xəbər verir ki, Şeyx Tufeyli “Anadolu” agentliyinə müsahibəsində bu haqda danışıb.

Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu xatırladan şeyx bildirib ki, o zaman Tehrandakı siyasətçilər və İran mətbuatı bu işğala dəstək verirdi. Şeyx Tufeyli Ermənistanın baş nazirinin “İranın dəstəyi olmasaydı 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırladıb. Deyib ki, İran Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana hərbi və logistik dəstək verirdi.



“O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. “Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və orada İsrail adına heç nə yox idi”,-Şeyx Tufeyli deyib.

Livanlı şiə alimi onu da bildirib ki, İran 1996-cı ildə İsraillə anlaşma imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəyi haqda öhdəlik götürüb. “Bu gün İsrailə görə Azərbaycanla problem yaşadığını deyirsən, amma yalançısan. İranın siyasəti dürüst deyil, dağıdıcı siyasətdir. Bu səbəblə İranın siyasətinin çoxunun heç özünə də fayda vermədiyini görə bilərik”,-o vurğulayıb.

Şeyx Tufeyli “Hizbullah”ı quranlardan biri olub və bu təşkilatın ilk baş katibidir. Lakin 1992-ci ildə “Hizbullah”la yollarını ayırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:28 “FƏLƏSTİN İŞĞAL ALTINDA OLAN BİR DÖVLƏTDİR, BUNDAN ARTIQ NƏ EDƏ BİLƏR?” – “Fələstinin Ermənistana dəstəyi ilə bağlı yalanları onlar yayırlar...” Səfiri Nasir Əbdül Kərəm: “Müharibə dövründə də Fələstin XİN-i Azərbaycana dəstək bəyanatı yayıb. Neçə dövlət rəsmi formada Dağlıq Qarabağla bağlı belə bəyanat yayıb?” “İsrail etnik təmizləmə siyasəti aparır, bunu xüsusən də Qüds şəhərində həyata keçirir” Hazırda dünyanın gözü Yaxın Şərqə, Qəzza
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az