t s

» » Azərbaycanlı rəssamın əsəri Florensiyadakı beynəlxalq rəsm sərgisində nümayiş olunub

Azərbaycanlı rəssamın əsəri Florensiyadakı beynəlxalq rəsm sərgisində nümayiş olunub

24-10-2021, 18:32 Yazar:  Samir Baxılıb: 174 Çap et
Azərbaycanlı rəssamın əsəri Florensiyadakı beynəlxalq rəsm sərgisində nümayiş olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məşhur Fortezza Da Basso qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.

Sərgidə 40-dan artıq ölkənin 460 rəssamının 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsəri nümayiş edilib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Sərgi oktyabrın 31-də başa çatacaq. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib.

Qeyd edək ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirildi Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirildi. Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin Qazax rayon üzrə nümayəndəsi Valeh
08:49 Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda
13:35 Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
20:30 Qazax Dövlət Rəsm Qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib (FOTO) Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax Dövlət Rəsm Qalereyası gənc rəssamların inkişafında böyük rol oynayır Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Qazax Dövlət Rəsm Qalareyasının dəstəyi
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az