t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Basdırılan meyit Nərminin deyilmiş? – Sensasion iddialar, prokurorluqdan açıqlama

Basdırılan meyit Nərminin deyilmiş? – Sensasion iddialar, prokurorluqdan açıqlama

24-10-2021, 09:06 Yazar:  Samir Baxılıb: 140 Çap et
Basdırılan meyit Nərminin deyilmiş? – Sensasion iddialar, prokurorluqdan açıqlama
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

Prosesdə şahid qismində mərhum Nərminin nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev dindiriliblər.

A.Quliyev ifadəsində qardaşının evi ilə onların evi arasında təxminən 700 metr məsafə olduğunu, hadisə günü Nərminin gödəkçə gətirdiyini, tez də qayıdıb getdiyini deyib: “Dedi ki, “kurtkanı” atam göndərib. Torba göndərəcəkdim, baxdım ağırdı, apara bilməz. Ona görə dedim ki, bacınla gələr aparasan. Nərmin getdikdən təxminən bir saatdan sonra böyük bacısı gəlib dedi ki, bacım evə gəlib çıxmayıb”.

Mərhumun əmisi deyib ki, hadisə günü axşam qardaşı Şərif onlara gəlib, birlikdə qonşu kəndə qohumlarının “ciyər axşamına” gediblər. Təxminən saat 20:00-da geri qayıdıblar. Bir saatdan sonra isə kəndə Nərminin yoxa çıxması xəbəri yayılıb.

A.Quliyev deyib ki, Nərmin onlara gələndə əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkçə olub.

Tərəflərin suallarını cavablandırarkən məlum olub ki, Nərmin itkin düşdükdən sonra hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş itlər gətirib. İtlər A.Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə girib.

Cinayət işinin materiallarındakı ifadələrdən aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində mərhumun anası Aynurə İsmayılova o vaxtkı polis rəisi Şirzad Abdullayevin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.

Təqsirləndirilən İ.Süleymanovun qardaşı Adil Süleymanov mərhum Nərminin yaxınlarının məhkəmədə səmimi ifadə vermədiklərini deyib: “Həqiqətin üzə çıxmasını istəmirlər, çox şeyi gizlədirlər. Cinayətin günahsız bir insanın üstündə qalmasına yardım edirlər. Uşağın anası dindiriləndə deyirdi ki, Nərmin yoxa çıxmamışdan əvvəl əynində yubka, ağ kalqotka olub. Əmisi isə deyir, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub”,-Adil Süleymanov bildirib.

Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Belə ki, N.Quliyevanın qan qrupu ilə yandırılmış vəziyyətdə tapılan meyitin qan qrupu fərqlidir: “İş materiallarında tibbi sənədlər və ekspertiza rəyi var. Uşağın şəxsiyyət vəsiqəsində, tibb tarixçəsində başqa qan qrupudur, meyitlə bağlı ekspert rəyində başqa. Nərminin qan qrupu 4, basdırılan meyitin qan qrupu isə 2 -dir”.

“İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert mütləq bunu yazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. Amma işdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü Nərminə – 10 yaşlı uşağa uyğun deyil, xeyli uzundur. Fotoşəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub”, – Süleymanov belə deyir.

Qan qrupları arasındakı ziddiyyət, meyitin boyunun ölçüsü barədə dediklərini vəkil Əlibaba Rzayev də təsdiqləyib. Müdafiəçi bildirib ki, məhkəmədə sənədlərin tədqiqi mərhələsində bu məsələləri qaldırıb ziddiyyətlərə aydınlıq gətirməyə çalışacaqlar.

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Azyaşlının qətlində təqsirləndirilən İ.Süleymanov özünü təqsirli bilməyib, məhkəmənin ilk günündən etibarən bu işə aidiyyəti olmadığını deyib. Onun ailə üzvləri də İ.Süleymanovun günahsız olduğunu bildiriblər.

***

Baş prokurorluq 2019-cu ildə Tovuzda itkin düşən azyaşlının qan qrupunun sonradan tapılan meyitdəki qan qrupu ilə fərqli olduğu barədə deyilənləri təkzib edib. Məlumatda deyilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Məlumatda bildirilib ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib: “Odur ki, iş materiallarında hər hansı bir ziddiyyətli hallar mövcud deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az