t s

» » Əsgərlərimiz vətənə sədaqət andı içdilər

Əsgərlərimiz vətənə sədaqət andı içdilər

15-02-2015, 20:09 Baxılıb: 717 Çap et
Əsgərlərimiz vətənə sədaqət andı içdilər

Fevralın 15-də Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, hərbi hissənin döyüş bayrağı meydana gətirildikdən sonra, gənc əsgərlər hərbi and içiblər. Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport verdikdən sonra dövlət himni oxunub.

Daha sonar müdafiə naziri, general polkovnik Zakir Həsənovun hərbi hissənin şəxsi heyətinə təbrik məktubu səslənib.

Valideyn Elman İsrafilov, gənc əsgər Rauf Allahverdiyev və başqaları çıxış edərək bildiriblər ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək bölgənin ən qüdrətli hərbi gücünə çevrilən Azərbaycan Ordusunda xidmət etmək hər bir azərbaycanlı üçün şərəfdir. Çıxışlarda əminlik ifadə olundu ki, gündən-günə inkişaf edən ordumuz gec-tez Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcək.

Gənc əsgərlərin nümunəvi çıxışlarından sonra marş sədaları altında hərbi parad keçirildi.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlər öz övladları ilə görüşdülər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:42 “Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib. Mediaxeberleri.az AzərTac-a istinadla xəbər verir ki, məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina
19:37 Azərbaycan mədəniyyətinə ağır itki üz verib Görkəmli sənətkarımızın işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Xalq rəssamı Davud Kazımov 2015-ci il fevralın 14-də 89 yaşında vəfat edib. Mediaxeberleri.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs
15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az