t s

» » MOSKVADAN ANKARAYA GÖZLƏNİLMƏZ DƏSTƏK - Kremlin hədəfi nədir?

MOSKVADAN ANKARAYA GÖZLƏNİLMƏZ DƏSTƏK - Kremlin hədəfi nədir?

23-10-2021, 16:04 Yazar:  Samir Baxılıb: 58 Çap et
MOSKVADAN ANKARAYA GÖZLƏNİLMƏZ DƏSTƏK - Kremlin hədəfi nədir?
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil”, “dünya beşdən böyükdür” fikirlərinə dəstək verib. Mediaxeberleri.az xəbər verir ki, ümumiyyətlə, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırışına dünya miqyasında dəstək verilir.
Lavrov isə Soçidə keçirilən “Valday” forumundan sonra bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var. O, bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib. “Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur”, - deyə Rusiya XİN başçısı bildirib.

Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.

Bəs birdən-birə BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiyanın Ərdoğana dəstək verməsi hansı hədəflərlə bağlıdır? Axı məlumdur ki, Rusiya nə qədər sıx əlaqələrdə olsa da, NATO üzvü Türkiyəni müttəfiq də saymır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu dünyada mövcud olan ədalətsizliklərin əsas səbəblərindən biridir.

O bildirir ki, beş daimi üzv Asiya, Avropa və Amerika qitələrini təmsil etdiyi halda, Afrikanın maraqlarını təmsil edən yoxdur. O, eyni zamanda, Təhlükəsizlik Şurasının daimi üzvlüyündə müsəlmanların təmsil olunmadığına da diqqət çəkir. Ərdoğan dünya əhalisinin böyük hissəsinin müsəlman olduğu halda, Çindən başqa bütün digər üzvlərin xristian ölkələr olduğunu vurğulayır. Ərdoğanın BMT-də köklü islahatlarla bağlı təklifi reallaşa, TŞ-nin daimi üzvlərinin sayı Türkiyə, Almaniya, Yaponiya kimi dövlətlərin hesabına genişlənə bilərmi?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, BMT-nin yaradılması ikinci dünya müharibəsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, məqsəd dünyadakı proseslərə nəzarəti saxlamaq idi.

A.Mollazadənin fikrincə, illər keçdikcə ciddi dəyişikliklər baş verdi və hüquq normalarına hörmət göstərilmir: “Ona görə BMT-də islahatlara ehtiyac var. Dünyada iqtisadi-siyasi dəyişikiklər baş verir, bölgələr güclənir, yeni sistemlər formalaşır və belə vəziyyətdə BMT sanki 40-cı illərdə qalıb. Ona görə bu məsələnin Baş Assambleyada müzakirə etmək olar. Hər bir xalqın hüququ müdafiə edilməlidir. O baxımdan Ərdoğan fikirləri ilə razıyam, beynəlxalq hüquq sistemi işləməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az