t s

» » Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb - VİDEO

Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb - VİDEO

23-10-2021, 16:01 Yazar:  Samir Baxılıb: 52 Çap et
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb - VİDEO
Saxta yollarla COVID-19 pasportu əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb.

Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzü üçün 3 ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta “Covid-19” pasportu gətirib. Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Nazirlər Kabinetinin məlum qərarlarının elmi və tibbi əsası yoxdur - ETİRAZ “Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarlarının hüquqi əsasları yoxdur”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında uzun illər Milli Məclisdə çalışmış
11:35 “Arvadım “mənim erotik şəkillərimi və ya videomu görsən nə hiss keçirdərsən” deyə sual verdi” — Moteldəki qətlin şok təfərrüatı Bakının Binəqədi rayonunda arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Murad Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, Murad Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edən və faktiki olaraq
08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az