t s

» » Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər HƏBS OLUNDU

Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər HƏBS OLUNDU

23-10-2021, 14:49 Yazar:  Samir Baxılıb: 54 Çap et
Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər HƏBS OLUNDU
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisinin işğaldan azad edilən kəndinə qanunsuz keçmək istəyən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri - Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.

Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metallar aşkar edilərək götürülüb.

T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:07 “Əhali kənar yollarla azad olunan minalı ərazilərə daxil olur” - Direktor Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə ataraq yaşamaları bu sevincə kədər qatır. Son günlər vətəndaşlarımızın işğaldan azad olunan dədə-baba torpaqlarına qeyri-leqal yollarla girməsi
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az