t s

» » Paşinyanın ombudsman vəzifəsinə namizədi məlum oldu – Müxalif partiya lideridir

Paşinyanın ombudsman vəzifəsinə namizədi məlum oldu – Müxalif partiya lideridir

23-10-2021, 14:34 Yazar:  Samir Baxılıb: 121 Çap et
Paşinyanın ombudsman vəzifəsinə namizədi məlum oldu – Müxalif partiya lideridir
Ermənistanda son günlər ən çox müzakirə olunan mövzulardan biri yaxın zamanda səlahiyyət müddəti başa çatacaq hazırkı ombudsman Arman Tatoyanın Paşinyan hökumətilə qarşıdurmasıdır. Bu qarşıdurmanın nəticəsi olaraq, hakimiyyət növbəti müddətə Tatoyanın namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Mediaxeberleri.az erməni mətbuatına istinadla xəbər verir ki, artıq Paşinyan hökumətinin ombudsman postuna yeni namizədinin kimliyi məlumdur. “Joqovurd” qəzetinin yazdığına görə, hakimiyyət bu postda hazırda müxalif “Maariflənmiş Ermənistan” Partiyasına rəhbərlik edən Edmon Marukyanı görmək istəyir.

Bu siyasətçi iyunun 20-də keçirilən parlament seçkisində Paşinyana müxalif mövqedə olub, lakin onun partiyası əvvəlki seçkidən fərqli olaraq, bu dəfə 5 faizlik həddi keçə və parlamentə düşə bilməyib. Buna baxmayaraq, Marukyan Ermənistanda kifayət qədər aktiv və populyar siyasətçilərdən sayılır. Ermənistan qanunlarına görə, Marukyan ombudsman olarsa, partiya sədrliyindən istefa verməlidir.

Onu da xatırladaq ki, bir müddət əvvəl Tbilisidə Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri arasında keçirilən görüşdə Ermənistanı təmsil edənlər arasında Marukyan da var idi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
23:15 Azərbaycanda bu partiyalar ləğv olunacaq - SİYAHI Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az