t s

» » Əməkdar artistin ŞOK ETİRAFI: "Özümdən 6 yaş kiçik cangüdənlə sevgili oldum, yoldaşım biləndə..."

Əməkdar artistin ŞOK ETİRAFI: "Özümdən 6 yaş kiçik cangüdənlə sevgili oldum, yoldaşım biləndə..."

23-10-2021, 13:43 Yazar:  Samir Baxılıb: 179 Çap et
Əməkdar artistin ŞOK ETİRAFI: "Özümdən 6 yaş kiçik cangüdənlə sevgili oldum, yoldaşım biləndə..."
Əməkdar artist Nahidə Orucova 20 illik sevgisindən bəhs edib.

Mediaxeberleri.Az
xəbər verir ki, aktrisa “Onun sirri” proqramında mərhum SSR Xalq artisti Məlik Dadaşovun cangüdəni ilə eşq yaşadığını söyləyib:
“Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işə düzəlmişdim. Həmin şəxs Məlik Dadaşovun həm cangüdəni, həm sürücüsü idi. Yaşca məndən 6 yaş kiçik idi. Bir könüldən min könülə bir-birimizə aşiq olduq. Subay, cavan oğlan idi. Mənim övladım var idi, amma ayrılmışdım. Qadın kimi onunla xoşbəxt oldum.

Ayrıldığım həyat yoldaşım illər sonra bu sevgidən xəbər tutdu. İndiyə kimi məni bağışlamır. Həmin şəxsi 2 il əvvəl məcbur evləndirdilər. Öz toy gecəsi mənim yanıma gəlmişdi. Artıq 2 ildir təkəm. Sevgimə və dostlarıma sadiq biriyəm. Ona görə də ömrümün sonuna kimi tək qalacam”./axsam.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
07:35 Aşıq sənəti daha bir itki ilə üzləşdi: Azər Xanlaroğlu artıq cismən aramızda yoxdur, ancaq sənəti həmişəlik bizimlədir - İlhamə Qəsəbova Son laylasını özü çaldı Azər Azər ustad aşıq Xanların ocağında dünyaya gəlmişdi, onun məktəbində yetişmişdi. Aşıq Xanlar XX əsr Azərbaycan aşıq sənətinin ənənəsinin yaşamasında, yayılmasında özünəməxsus xidmətləri olan azman sənətkar idi. Onun barmaqları, klassik aşıq havalarına gətirdiyi
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az