t s

» » Karantin qaydalarını heçə sayanlar CƏZALANDIRILDI

Karantin qaydalarını heçə sayanlar CƏZALANDIRILDI

23-10-2021, 13:39 Yazar:  Samir Baxılıb: 50 Çap et
Karantin qaydalarını heçə sayanlar CƏZALANDIRILDI
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb.

Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 4 000 manat məbləğində cərimə olunub.



Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşları tərəfindən rayonun Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində də qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Əhmədov və qonaqları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qaralı kənd sakini Muxtar İsmayılovun yaşadığı evin həyətində təşkil etdiyi toy məclisində iki nəfər qonağın vaksinasiyadan keçmədiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən ev sahibi və qonaqlar barəsində qanunamüvafiq tədbirlər görülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:35 “PULLAR ŞƏXSƏN ƏBÜLFƏS QARAYEVƏ VERİLİRDİ!” – Nazir müavininin istintaqa sensasiyalı ifadəsi Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov son söz dedi və məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum
00:18 Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 800 min manat vəsait toplanıb Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronavirusla
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az