t s

» » Temperatur KƏSKİN ENİR: 27 oktyabradək... - XƏBƏRDARLIQ

Temperatur KƏSKİN ENİR: 27 oktyabradək... - XƏBƏRDARLIQ

23-10-2021, 09:22 Yazar:  Samir Baxılıb: 108 Çap et
Temperatur KƏSKİN ENİR: 27 oktyabradək... - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Belə ki, oktyabrın 26- 27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:38 Yağış yağacaq, güclü külək əsəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir, oktyabrın 26-27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Belə ki,
09:42 Hava iki gün qeyri-sabit keçəcək - Xəbərdarlıq Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb
08:39 XƏBƏRDARLIQ! Hava şəraiti qeyri-sabit keçəcək - Yağış, sulu qar və qar... Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
17:57 DİQQƏT: Bakıya yağış, bəzi rayonlara qar yağacaq Ölkə ərazisində martın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə
21:00 Sabah hava şaxtalı olacaq, yollar buz bağlayacaq - Qar yağacaq Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az