t s

» » Şəhid xanımının öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI - Qayınatası danışdı

Şəhid xanımının öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI - Qayınatası danışdı

22-10-2021, 17:57 Yazar:  Samir Baxılıb: 94 Çap et
Şəhid xanımının öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI - Qayınatası danışdı
Ötən gün Kürdəmir rayonunda baş verən, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hadisə ilə bağlı Publika.az-a danışan şəhidin atası Qədir Hüseynov bildirib ki, sükan arxasında olan gəlini avtomobili yüksək sürətlə idarə edirmiş.

Q.Hüseynov qəzaya da məhz yüksək sürətin səbəb olduğunu qeyd edib: “Orada heç bir kəsin günahı yoxdur, sürət yüksək olub. Ehtimal olunur ki, gəlinim sükan arxasında yatıb və nəzarəti itirərək yoldan çıxıb. Çünki bildiyim qədərilə sürət çox yüksək olub. Gəlinim ayın 21-də oğlumun ildönümündə iştirak etmək üçün Zərdaba gəlirmiş. Rayona 20 kilometr qalmış bu bədbəxt hadisə baş verib. Sonuncu dəfə mən gəlinim Günel Ələsgərova ilə hadisədən bir gün əvvəl - oktyabrın 20-də Bakıda mərasimdə bir yerdə olmuşuq. O və nəvələrim şəhərdə yaşayır, buna görə də şəhid balamın il mərasimini ayın 20-də Bakıda qeyd etdik və biz qayıtdıq. Səhərisi gün isə Günel bizə gəlirmiş. Nə bilərdi ki, belə olacaq”.

Qədir Hüseynov bildirib ki, Günel Hüseynova ilə yanaşı avtomobildə daha 2 nəfər olub: “Yanında kiçik nəvəm və ehtiyatda olan hərbçilərdən bir nəfər var imiş. Qəza baş verən zaman maşında olan kiçik nəvəm hazırda yaxşıdır, heç bir xəsarət almayıb. Sanki elə bil nəvəm o əzik maşından çıxmayıb. Amma digər şəxs rəhmətə gedib. Həmin şəxsin kimliyini isə bilmirəm, tanımadığım biridir. Hərbçilər hamısı bizə gedib-gəliblər, həmin şəxs də gəlib. Ancaq onu yadımda saxlaya bilməmişəm ki, kimdir. Gəlinim Zərdaba gələcəyi ilə bağlı bizə heç xəbər verməyib, ona görə də kiminlə gəldiyi ilə bağlı da bizi məlumatlandırmayıb”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az