t s

» » Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY

Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY

22-10-2021, 10:16 Yazar:  Firuzə Baxılıb: 41 Çap et
Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY
Kürdəmir sakini talassemiya xəstəsi oğluna əlillik dərəcəsi təyin etdirə bilmir.
Bu barədə, Kürdəmir rayon, Qarabucaq kənd sakini Zahid Mehdiyev “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, oğlu Ülvi Mehdiyev (26.10.2002-ci il təvəlldlü) 17.09.2012-ci ildən “Alfa Talassemiya” diaqnozu ilə Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır və oğlu hər ay həmin mərkəzdə pulsuz tibbi müayinədən keçirilib.

Ülvi Mehdiyev 17.09.2012-26.10.2020 ci illlərdə 18 yaşına kimi 200 manat “sağlamlığından məhrum olma” müavinəti alıb. Ancaq 18 yaşı tamam olduqdan sonra müavinət dayandırılıb.

Z. Mehdiyev deyir ki, oğluna əlillik dərəcəsinin təyin edilməsi üçün Əlillərin Bərpa Mərkəzinə yaxınlaşıb. Mərkəzdən onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına (MX) yönləndiriblər. Kürdəmir rayon MX-dan isə bildirilib ki, əlilliyin təyin edilməsi onların tabeliyində deyil.

Daha sonra Zahid Mehdiyev 03.02.2021- ci ildə Respublika Talasssemiya Mərkəzindən “ambulator xəstənin tibbi kartasından çıxarış” edərək sənədləri Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim edib. Ancaq bir müddətdən sonra ona “natamam doldurma” ilə imtina cavabı gəlib. Ülvi Mehdiyevin sənədləri təkrar TSEK-ə təqdim edilsə də, hələ də nə təsdiq, nə də inkar cavabı gəlməyib.

Məsələ ilə bağlı “Gözətçi” olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:25 Pensiyasız qalanları yeni qanun xilas edə biləcəkmi? - Altı ay ac-susuz... Əlillik müddəti başa çatan şəxslərin pensiya və müavinətlərinin bu ilin aprel ayından dayandırılması və yenidən əlillik təyin olunanadək ödənilməməsi bu kateqoriyadan olan şəxsləri çıxılmaz vəziyyətə qoyub. Yenidən əlilliyin təyin olunması üçün müraciət edənlərin tibbi müayinələr üçün uzun növbə
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az