t s

» » “Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

21-10-2021, 22:18 Yazar:  Samir Baxılıb: 198 Çap et
“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO
Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub.


"Report" xəbər verir ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır.

“Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.

Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.

Cizgi filminin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.

Azərbaycana həsr olunan yeni seriyanı cizgi filminin rəsmi “YouTube” kanalından izləmək olar.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
11:42 Ziya Məmmədovun adı daha bir qalmaqalda - İDDİA Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb. Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat
22:48 Almaniyada keçirilmiş konsertdə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilib Mayın 21-də Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az