t s

» » "Qarabağ" bu gün "Kayrat"la qarşılaşacaq

"Qarabağ" bu gün "Kayrat"la qarşılaşacaq

21-10-2021, 08:58 Yazar:  Samir Baxılıb: 51 Çap et
"Qarabağ" bu gün "Kayrat"la qarşılaşacaq
"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)


Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Kayrat" - 1, "Omoniya" - 1.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:10 Konfrans Liqası: "Qarabağ" Kiprdə "Omoniya"nı darmadağın edib "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. “Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş
08:20 Konfrans Liqası: "Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq İdman16 Sentyabr 2021 08:00 "Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Mediaxeberleri.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə "Bazel"ini qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi
08:48 Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin ev sınağı Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaq. Hər iki komanda birinci matçlarını Bakıda keçirəcək. Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya "Aberdin"ini qəbul edəcək. Saat 20:00-da başlayacaq
08:34 AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Medıaxeberlerı.Az xəbər verir ki, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az