t s

» » Avropa Liqası: "Lester" səfərdə "Spartak"ı məğlub etdi

Avropa Liqası: "Lester" səfərdə "Spartak"ı məğlub etdi

20-10-2021, 23:48 Yazar:  Samir Baxılıb: 60 Çap et
Avropa Liqası: "Lester" səfərdə "Spartak"ı məğlub etdi
Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.

Rusiyanın "Spartak Moskva” klubu C qrupunda İngiltərənin "Lester" komandasını qəbul edib. Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 11-ci dəqiqəsində Aleksandr Sobolyov fərqlənib. Matçın 44-cü dəqiqəsində Cordan Larsson fərqi iki topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" komandası başçılıq edir. Bir xalı olan İtaliya "Napoli"si isə sonuncudur. “Legiya” oktyabrın 21-də səfərdə “Napoli” komandası ilə görüşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Avropa Liqası: "Qalatasaray" liderliyini qorudu, “Fənərbağça” məğlub oldu - YENİLƏNİB UEFA Avropa Liqasında II tura yekun vurulub. Günün növbəti 8 matçından yalnız 1-də heç-heçə qeydə alınıb. Bu, Türkiyə təmsilçisi "Qalatasaray"ın Fransada "Marsel"lə oyununa təsadüf edib. E qrupu "Marsel" (Fransa) - "Qalatasaray" (Türkiyə) - 0:0 "Latsio" (İtaliya) - "Lokomotiv" (Moskva,
20:24 Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi - Avropa Liqası Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb. Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. M.Emreli oyuna start heyətdə çıxıb və 82-ci dəqiqədə Tomas Pekhartla
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az