t s

» » İkitərəfli sazişin imzalanması niyə yubanır? - AÇIQLAMA

İkitərəfli sazişin imzalanması niyə yubanır? - AÇIQLAMA

19-10-2021, 17:09 Yazar:  Samir Baxılıb: 79 Çap et
İkitərəfli sazişin imzalanması niyə yubanır? - AÇIQLAMA
Xüsusi nümayəndənin Bakıya səfəri ikitərəfli əməkdaşlığa dair sənədin üzərində işi tamamlayıb başa çatdırmaq məqsədi daşıyır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya səfərinin məqsədini şərh edən politoloq Qabil Hüseynli Mediaxeberleri.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, tərəflər arasında müəyyən məsələlərə dair anlaşmanın əldə olunmaması ikitərəfli sazişin imzalanmasını ləngidir:

“Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərə dair sənədin imzalanması üçün çoxdandır ki, işlər davam etdirilir. Qeyd olunmalıdır ki, imzalanması nəzərdə tutulan həmin sənədin bir çox müddəları artıq razılaşdırılıb.

Bununla belə, o sənədə yönəlik Avropa İttifaqının irəli sürdüyü müəyyən müddəalar Azərbaycan tərəfindən qəbul edilməyib. Bu səbəbdən də sənədin paraflanması, daha sonra isə təsdiqlənməsi yubanır.

Ümumilikdə deyə bilərik ki, xüsusi nümayəndənin Bakıya səfəri Azərbaycanın gələcəkdə Avropa İttifaqı ilə əlaqələrinin hansı formada qurulacağını tənzimləyən sənədin üzərində işi tamamlayıb başa çatdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri nizamlayacaq sənədlə bağlı Bakının qəbul etmədiyi müddəaların siyasi məsələləri, ilk növbədə isə seçki islahatlarının həyata keçirilməsini əhatə etdiyinə dair məlumatlar yayılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
15:07 VI ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN DEPUTATLARI - SİYAHI Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. “Report” xəbər verir ki, nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. Milli Məclisinə seçkilərdə 33 saylı Xətai
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
15:10 YAP-ın siyahısında şoka salan isim - Sensasiya Belə bir siyahıda adımın keçməsini arzulayardım. Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən deyib.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az