t s

» » Bu gün Çempionlar Liqasında 8 matç var

Bu gün Çempionlar Liqasında 8 matç var

19-10-2021, 09:14 Yazar:  Samir Baxılıb: 69 Çap et
Bu gün Çempionlar Liqasında 8 matç var
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək

Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gələcək. Hazırda hər iki komanda hərəyə bir xalla qrupda 3-4-cü yerləri bölüşdürür. C qrupunun digər qarşılaşmasında Niderland təmsilçisi “Ayaks” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

A qrupu

“Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə);

“Paris Sen-Jermen” (Fransa) – “Leyptsiq” (Almaniya).

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 4, “Brügge” - 4, “Mançester Siti” - 3, “Leyptsiq” - 0.

B qrupu

“Portu” (Portuqaliya) – “Milan” (İtaliya);

“Atletiko Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə).

Qrupdakı vəziyyət: “Liverpul” - 6, “Atletiko Madrid” - 4, “Portu” - 1, “Milan” - 0

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya);

“Ayaks” (Niderland) – “Borussiya Dortmund” (Almaniya).

Qrupdakı vəziyyət: “Ayaks” - 6, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0, “Sportinq” – 0.

D qrupu

“İnter” (İtaliya) – “Şerif” (Moldova);

“Şaxtyor Donetsk (Ukrayna) – “Real Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Şerif”- 6, “Real Madrid” - 3, “İnter” - 1, “Şaxtyor” – 1.

Qeyd edək ki, üçüncü turun digər 8 qarşılaşması oktyabrın 20-də baş tutacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:47 "Real Madrid" öz meydanında "Şerif"ə məğlub oldu Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib. Gecənin ən maraq doğuran görüşü Fransada keçirilib. “Paris Sen-Jermen” öz meydanında “Mançester Siti” komandasını qəbul edib. Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Paris Sen-Jermen”
09:05 Çempionlar Liqası: "Beşiktaş" qrup mərhələsində mübarizəyə başlayır Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində l turun digər oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Qrupun
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
09:13 Çempionlar Liqasında V tura start verilir Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcək. Səkkiz müxtəlif ölkədə baş tutacaq matçlardan sonra daha 6 komandanın 1/8 finala vəsiqəni təmin etmək

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az