t s

» » Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir

Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir

13-10-2021, 23:28 Yazar:  Samir Baxılıb: 137 Çap et
Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün şəhər və rayonları gündən-günə inkişaf edir, genişmiqyaslı quruculuq işləri aparılaraq abad bölgələrimizə çevrilir.

Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu da bu gün böyük bir tikinti meydançasına bənzəyir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda başlanılan abadlıq işləri bu gün də davam etdirilir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Hazırda təmir işləri aparılan binalardan biri Azadlıq küçəsi 100 ünvanında yerləşən birmərtəbəli yaşayış binasıdır. Artıq binanın dam örtüyü yenilənir, söküntü işlərinə başlanılıb. Təmirə ehtiyacı olan digər binalarda da işlərin aparılması nəzərdə tutulub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü yenilənən həmin binada olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını da verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:07 İcra başçısı yeni asfalt örtüyü vurulan prospektdə olub İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub Mediaxeberleri.Az xəbər verir ki, Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq son illər
17:26 Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmasının süjeti çoxlarına bəllidir. Qısa xatırlatma üçün bildirək ki, “NARXOZ” kimi rüşvət və korrupsiya yuvasında “təlim keçmiş” Əli Abbasov öz sələfi Nadir Əhmədovu gözdən salmaq, ləkələmək üçün hər cürə fırıldağa, oyunlara getmiş
09:30 İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Qazaxda ən böyük layihələrdən biri - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır,
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az