t s

» » Deputat yüksək bal toplayan tələbələrlə görüşüb

Deputat yüksək bal toplayan tələbələrlə görüşüb

13-10-2021, 21:07 Yazar:  Samir Baxılıb: 57 Çap et
Deputat yüksək bal toplayan tələbələrlə görüşüb
Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu və Naftalan şəhərində yüksək bal toplayan tələbələrlə görüşüb və onları mükafatlandırıb.

Tədbirlərdən öncə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb, büstü önünə tər güllər qoyulub.

Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafının təmin olunduğu vurğulanıb.

Qeyd olunub ki, 2020-2021-ci il tədris ilində 96 saylı dairə üzrə 292 nəfər abituriyent tələbə adını qazanıb. Bu tələbələrdən 28 nəfər 500-600 bal, 3 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Görüşdə deputat və adı çəkilən rayonların rəhbərləri tərəfindən yüksək bal toplayan tələbələr təbrik olunub, onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
13:39 Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında ehtiramla anılıb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında ehtiramla anılıb. Şərur rayonu Dekabrın 12-də rayonun idarə, təşkilat və müəssisələrinin, təhsil ocaqlarının kollektivləri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri
13:43 Ulu öndər Heydər Əliyevin xatirəsi Ağstafada ehtiramla anılıb Bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev mərkəzində Ulu öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az