t s

» » Özlərini bank əməkdaşları kimi təqdim edərək dələduzluq edən DAHA 5 NƏFƏR SAXLANILDI

Özlərini bank əməkdaşları kimi təqdim edərək dələduzluq edən DAHA 5 NƏFƏR SAXLANILDI

13-10-2021, 12:30 Yazar:  Firuzə Baxılıb: 24 Çap et
Özlərini bank əməkdaşları kimi təqdim edərək dələduzluq edən DAHA 5 NƏFƏR SAXLANILDI
Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub. Vətəndaşlar onlara zəng edən və sms yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb. Bu barədə Mediaxeberleri.az-a DİN-dən verilən məlumatda deyilir.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər zamanı qeyd edilən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitə ilə ələ keçirərək zərərəçəkənlərlə əlaqə saxlayıblar.

Qeyd olunan faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək bildirir ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə dərhal məlumat versinlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:50 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. Mediaxeberleri.Az qoruğun Nizamnaməsini təqdim edir: 1. Ümumi müddəalar 1.1. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – İdarə) Şuşa Şəhəri
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
03:18 “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT Göyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az