t s

» » Rusiya Müdafiə Nazirliyi yenə də HƏDDİNİ AŞDI - Laçını yenə də “Dağlıq Qarabağın rayonu” kimi təqdim etdi

Rusiya Müdafiə Nazirliyi yenə də HƏDDİNİ AŞDI - Laçını yenə də “Dağlıq Qarabağın rayonu” kimi təqdim etdi

13-10-2021, 11:17 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
Rusiya Müdafiə Nazirliyi yenə də HƏDDİNİ AŞDI - Laçını yenə də “Dağlıq Qarabağın rayonu” kimi təqdim etdi
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın ucqar rayonunda yerləşən çətin həyat şəraitində olan çoxuşaqlı ailələrə və yerli sakinlərə humanitar yardım göstəriblər”.

Mediaxeberleri.az xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı(?) hərbi kontingentinə aid bölməsindəki oktyabrın 13-ü Bakı vaxtı ilə saat 06:00-a aid xəbərindəndir.

“Bu gün Laçın yaşayış məntəqəsində “Mersi” xeyriyyə təşkilatlarının assosiasiyasıyla
birlikdə çoxuşaqlı ailələr üçün bir xeyriyyə tədbiri keçirdik. Ərzaq dəstləri, mövsüm üçün ayaqqabılar və dəftərxana ləvazimatlarının paylanmasını təmin etdik. Laçın məntəqəsində 10 çoxuşaqlı ailə yaşayır ”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Sergey Vladimirov bildirib.

“Bizə kömək etdiyiniz üçün çox sağ olun və ümid edirik ki, hər şey tezliklə öz həllini tapacaq ”,- deyə Dağlıq Qarabağın ucqar bir bölgəsinin sakini Anuş Uşakova təşəkkür edib” –sözügedən saytın yaydığı məlumatda belə deyilir.

Göründüyü kimi, Rusiya MN növbəti dəfə öz rəsmi saytında Laçın rayonunu “Dağlıq Qarabağın rayonu” kimi təqdim edib və üstəlik, Laçın şəhərində qanunsuz məskunlaşmış 10 çoxuşaqlı erməni ailəsinə humanitar yardım edib...

Xatırladaq ki, bundan öncə iyulun 29-da eyni saytdakı məlumatda daha açıq şəkildə “Dağlıq Qarabağın Laçın rayonu” ifadəsi işlənmişdi. Üstəlik, həmin gün nəinki Laçın rayon mərkəzində, eyni zamanda “Aqavno” adlandırılan Zabux kəndində Moderator.az həmin gün bu haqda məlumat vermiş və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini də məlumatlandırmışdı. Təəssüf ki, bu olaya heç bir rəsmi reaksiya bildirilməmişdi...

Nəticədə ayağı yer alan Rusiya hökuməti av GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlədib...

Sözsüz ki, Azərbaycan dövləti Rusiya MN-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə növbəti hörmətsizliyinə və Laçın rayonu ərazisində qanunsuz məskunlaşmış ermənilərə yardım göstərməklə onları buna motivə etməsinə rəsmi münasibətini bildirəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az