t s

» » İran-Ermənistan cütlüyünün "yeni yol" blefi - "Real deyil, siyasi manevr məqsədi daşıyır..."

İran-Ermənistan cütlüyünün "yeni yol" blefi - "Real deyil, siyasi manevr məqsədi daşıyır..."

11-10-2021, 21:51 Yazar:  Samir Baxılıb: 96 Çap et
İran-Ermənistan cütlüyünün "yeni yol" blefi - "Real deyil, siyasi manevr məqsədi daşıyır..."
İraınnın Yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazır olduqlarını bildirib: "Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir".

Söhbət İran və Ermənistanın “Qafqaz Dəhlizi” adlandırdığı dəhlizin salınmasından gedir. İran “Qafqaz Dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisiylə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Amma bu dəhliz nə dərəcədə səmərəlidir?

İqtisadçı, deputat Vüqar Bayramov bidirir ki, əvvəlla, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir və mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyluşu həyata keçirmək gücündə deyil.

Onun sözlərinə görə, uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur: "İkincisi, İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımdan cəlbedici deyil. Hətta buna cəhd olunsa da belə bu müəyyən zaman alacaq.

Üçüncüsü, “Zəngəzur Dəhlizi” istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlalq yükdaşımaları artıracağı gözlənilir. "Şərq-Qərb" Nəqliyyat Dəhlizinin genişlənməsi digər potensial alternativlərinin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq.

Dördüncüsü, Qərb və eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadə maraqlı deyil. Eyni zamanda, “bir istiqamətdə yükdaşımalar” da belə dəhlizlərin iqtisadi səmərəlliyini azaldır.

Nəhayət, Azərbaycan beynəlxalq nəqliyat dəhlizlərinə digər infrastruktur o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmiryolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin regionda Nəqliyyat Habına çevrilməsinə imkan verir".

V. Bayarmov vurğulayıb ki, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı daha çox “siyasi manevr” məqsədi daşıyır."AzPolitika.info"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:22 İran niyə qəflətən Bakı ilə “ordu dilində” danışmağa başladı? İran-Azərbaycan münasibətlərindəki son prosesləri hər kəs izləyir və Tehranın artan hərbi-siyasi ritorikası, doğrusu, bir çox dünya politoloqlarının da diqqətindədir. Niyə İran birdən-birə hərbi-siyasi ritorikaya keçdi və Bakıdan Naxçıvana uçan hərbi təyinatlı təyyarələrə hava məkanını bağladı, bu
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
09:43 Azərbaycan Ermənistanla yolları açsa, bu, Gürcüstana nə vəd edir - TİFLİS NARAHATDIR? Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bütövlükdə Cənubi Qafqaz regionunda tamamilə yeni situasiya, yeni şərtlər formalaşdırıb. Xüsusilə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair əldə olunan razılaşmanın icrası yaxın gələcəkdə regionda iqtisadi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:27 İlham Əliyev Cavid Qurbanovu qəbul etdi Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovu qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev deyib: -Son illər dəmir yolu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az