t s

» » İtaliyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: cəmi 1 avroya...

İtaliyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: cəmi 1 avroya...

10-10-2021, 20:31 Yazar:  Samir Baxılıb: 100 Çap et
İtaliyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: cəmi 1 avroya...
İtaliyanın paytaxtı Romadan təxminən 150 kilometr uzaqlıqdakı Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb. Publika.az xəbər verir ki, xizək kurortlarının yaxınlığında yerləşməsi və özünəməxsus mənzərəsi ilə məşhurlaşan qəsəbədəki 630 binadan 250-si satılacaq. Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin əhalisinin 7 min nəfərdən aşağı düşməsi və bölgənin canlandırılmasıdır. 1930-cu illərdə qəsəbədə təxminən 13 min nəfər yaşayıb.

Bələdiyyə məclisinin üzvü Paolo Di Bacco deyib: “Qəsəbədəki təxminən 630 boş evdən 250-si bir avroya satıla bilər. Məqsədimiz müəyyən vaxt ərzində evlərin hamısında yaşayışı təmin etmək və onları əvvəlki gözəlliyinə qovuşdurmaqdır”.

Di Bacco satış prosedurlarını sürətləndirmək və alıcıları maksimum 3 il ərzində yeni evlərini tez bir zamanda qurmağa təşviq etmək üçün yeni qaydaların tətbiq edildiyini söyləyib. O, evlər üçün depozitin tələb olunmadığını, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamayacaqları təqdirdə, onları 10 min avro cərimənin gözlədiyini bildirib.

Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.

Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.

Xatırladaq ki, daha əvvəl İtaliyanın müxtəlif bölgələrində də bu kimi addımlar atılmış, evlər bir avroya satışa çıxarılmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:31 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR. Mediaxeberleri.az xəbər verir ki, 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ilə bağlı professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb. 31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:12 Böyük Səlcuqların Alp Arslan zirvəsi Nizami Cəfərov, filologiya elmləri doktoru, professor, millət vəkili Yunus Oğuz türklərin tarixinə həsr olunmuş bir sıra tarixi romanlarından sonra müəllifin yaradıcılıq texnologiyasına yaxşı bələd olan oxuculara özünün «Sultan Alp Arslan»ını təqdim edir. Hər şeydən əvvəl, romanın bədii
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az